Əsas Səhifə / Gündəm / Media

Polad Aslanovun barəsində hökmdə şahidlərin ifadələri təhrif edilib

9-12-2020, 09:46
Jurnalist Polad Aslanovun barəsində hökmün mətnində bəzi şahidlərin məhkəmədə verdikləri ifadələr təhrif edilib. Bunu dünən 1 saylı Bakı İstintaq Təcridxanasında həyat yoldaşı ilə görüşən Gülmirə Aslanova bildirib.
"Polada hökmün mətnini verdilər. O, jurnalistlər Kənan Rövşənoğlu, Mirələm Həşimov və  digər şahidlərin ifadələrin təhrif olunduğunu aşkar etdi.
Hər iki jurnalist məhkəmədə hakim Faiq Qəniyevdən xahiş edib ki, ilkin istintaqda verdikləri ifadələrin təhrif olunmuş hissəsi çıxarılsın. Lakin hakim bunu etməyib və sadəcə, ittiham aktının məzmununu hökmə köçürüb", - G. Aslanova bildirib.
Onun sözlərinə görə, müdafiə tərəfi artıq hökmdən apellyasiya verib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]