Əsas Səhifə / Xəbərlər / Gündəm

Elçin Sadıqovun fərdi vəkillik fəaliyyəti bərpa olunub

8-10-2020, 00:30
Tanınmış vəkil Elçin Sadıqovun fərdi vəkillik fəaliyyəti bərpa olunub.Xeberman.con xəbər verir ki, bu barədə E.Sadıqovun özü məlumat verib.
Bildirib ki, bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovla görüşüb. Kollegiya sədru ona bildirib ki, fərdi vəkillik fəaliyyətilə bağlı məsələyə baxılıb və müsbət həll olunub.
"Mənim müraciətimi müsbət dəyərləndirdiyinə görə prezident İlham Əliyevə, fərdi fəaliyyətimin davam etdirilməsi barədə qərarına görə Anar Bağırova, həmçinin bu işdə mənə dəstək olan hər kəsə, xüsusilə də Avropa Birliyinə, Avropa İnsan Hüquqları Məhkəməsinə, beynəlxalq təşkilatlara və insan hüquqlarına dəyər verən ölkələrin səfirliklərinə öz dərin təşəkkürümü bildirirəm. Allah ordumuzu daim müzəffər etsin!", E.Sadıqov qeyd edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]