Əsas Səhifə / Xəbərlər

Bakı Baş Gömrük İdarəsində "İnsan Hüquqları Aylığı" çərçivəsində tədbir keçirilib

6-06-2019, 10:34

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsində "İnsan Hüquqları Aylığı" çərçivəsində tədbir keçirilib.

Bu barədə Xeberman.com-a DGK-dan məlumat verilib.

Bildirilib ki, tədbirdə ictimaiyyət nümayəndələri və gömrükçülər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bakı Baş Gömrük İdarəsinin rəis müavini Zaur Bağırov bildirib ki, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə "İnsan Hüquqları Günü" kimi qeyd olunur və cari ildə Ombudsmanın təşəbbüsü ilə respublikamızda "İnsan Hüquqları Aylığı" çərçivəsində bir sıra maarifləndirici tədbirlər keçirilir.

Belə tədbirlərin keçirilməsində məqsəd insan hüquqları sahəsində ötən dövrdə əldə edilən nailiyyətləri müzakirə etmək, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirməkdir. İdarə rəisinin müavini çıxışında tarixən insan hüquqları və azadlıqları ilə bağlı vəziyyəti təhlil edərək hazırda bu sahədə həyata keçirilən tədbirlərin önəmini iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiyamız qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub, ölkədə insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində mütəmadi olaraq zəruri tədbirlər görülüb. Z.Bağırov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu tədbirlər uğurla davam etdirilir, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində atılan addımlar, qəbul olunan dövlət proqramları bunun bariz nümunəsidir.

Tədbirdə insan hüquqları və azadlıqlarının təmin olunması istiqamətində Dövlət Gömrük Komitəsində aparılan islahatlar və həyata keçirilən layihələr haqqında da geniş məlumat verilib.

Daha sonra Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının mövzu ilə bağlı çıxışları dinlənilib. Çıxışlarda xüsusilə azad sahibkarlıq hüququ ilə bağlı Konstitusiyadakı müddəalar müzakirə olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]