Əsas Səhifə / Müsahibə

Baş Prokurorluq “hüquq müdafiəçisi”nə xəbərdarlıq etdi (yenilənir)

13-05-2019, 20:59
Hüquq müdafiyəçisi Oktay Gülalıyev Baş Prokrorluğdan çıxdı.Bu barədə Hüquq müdafiyəçisinin özü Press-az.com saytına telefonla müsahibə verib.O bildirib ki,2saata yaxın Baş Prokrorluğda dindirilib. Danışıqların əsas motivləri son vaxtlar öz facebook səhifəsində Nardaran işi məhbusları,Gəncə və Tərtər hadisələrində həbs olunanlarla bağlı yazdığı informasiyalarla bağlı idi.Hüquq müdafiyəçisinin telefonunun enerjisi bitmək üzrə olduğundan daha ətraflı müsahibə verə bilmədi və bildirdi ki,daha ətraflı özünün facebook səhifəsində açıqlama verəcək

Baş Prokurorluq Oqtay Gülalıyevə xəbərdarlıq edib.
Bu barədə virtualaz.org-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla özünü “hüquq müdafiəçisi” adlandıran Oqtay Gülalıyevin “Facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə həqiqəti əks etdirməyən məlumatları yaymaqla ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn, eləcə də cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlərin üzərinə kölgə salmağa xidmət edən hərəkətlərə yol verməsi müəyyən edilib.

Qeyd edilənlərlə əlaqədar O.Gülalıyev Baş Prokurorluğa dəvət olunub və ona “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirmə aparmadan, real faktlara əsaslanmayan və ictimai rəyi çaşdırmaq məqsədi güdən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]