Əsas Səhifə / İqtisadiyyat

Azərbaycanın bank sektoru çökür - 7-ci bank da ləğv edilir

28-01-2016, 21:15
Azərbaycanın bank sektoru çökür - 7-ci bank da ləğv edilir
"Texnikabank”ın İdarə Heyətinin sədri Etibar Əliyev bankın lisenziyasının ləğv olunması ilə bağlı xəbərlərə münasibət bildirib. O, Musavat.com-a açıqlamasında Mərkəzi Bankın belə bir qərarının olduğunu təkzib edib. 

Etibar Əliyev bankın bağlanması barədə qərarın artıq əməkdaşlara elan olunduğunu da təkzib edib: "Mən əməkdaşlara heç nə elan etməmişəm. Hamı iş başındadır. Bankın lisenziyasının ləğvi barədə qərar yoxdur. Belə bir qərar olsa, ona hörmətlə yanaşacağıq”.

Bankdakı mənbə isə Musavat.com-a bildirib ki, həqiqətən "Texnikabank"ın bağlanacağı gözlənilir. Amma Mərkəzi Bankın bu barədə qərarı rəsmən elan edilməyib. 

Qeyd edək ki, 21 dekabr devalvasiyasından sonra Azərbaycanda bankların bağlanmasına, bəzilərinin isə birləşdirilməsinə başlanılıb. İndiyədək 6 bank bağlanıb, bir neçə iri bankın isə konsolidasiyası gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]