Əsas Səhifə / Ölkə

Ölkədə ünvanlı sosial yardımla bağlı yeni model hazırlanır

27-01-2016, 22:31
Azərbaycanda ünvanlı sosial yardımla bağlı yeni model hazırlanır.
APA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
 

O qeyd edib ki, yeni modellə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulur: "Yeni modelə parlamentə bir daha baxılacaq və müvafiq qərar qəbul ediləcək”.
 
H.Rəcəbli bildirib ki, Azərbaycanda ünvanlı sosial yardım modeli seçilərkən təməl olaraq Polşa qanunvericiliyi götürülüb: "Burada da zaman-zaman qanunvericilikdə dəyişiklik etmişik. 10-a yaxın sənəd istənilirdisə, sənədlərin sayı azaldılıb, sənədlərin bir ildən bir baxılmasını iki ildən bir etdik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daim axtarışdadır və burada yeni islahatlar aparmaq istəyirlər”.

 
 
99 DƏFƏ OXUNUB

Administratorla əlaqə

077 611-55-22

[email protected]