Əsas Səhifə / İqtisadiyyat

Daha hansı banklar bağlana bilər? – SİYAHI

27-01-2016, 09:57

Azərbaycan Mərkəzi Bankı kiçik bankların bir-bir lisenziyalarını ləğv edir.

Mərkəzi Bank indiyə kimi, «Bank of Azerbaijan», «Gəncə Bank», «NBC Bank» və «Yunayted Kredit Bank» «AtraBank» və «Qafqaz İnkişaf Bankı»nın lisenziyalarını ləğv etmişdir.

Lisenziyalarının ləğv edilməsi banklar üçün gözlənilməzdir. Məsələn, bu gün səhər «AtraBank «Cash İn» xidmətini aktiv etdiyi barədə məlumat yaymışdı. NBC Bank da lisenziyanın ləğv olunması qərarının onlar üçün gözlənilməz olduğunu bildirmişdi.

Ekspertlər hesab edirlər ki, indiyə kimi banklara birləşmələri barədə dəfələrlə çağırış edilmişdi. Lakin kommersiya bankları «birləşin» tövsiyəsinə əməl etmədilər.

Xeberman.com -un veridiyi məlumata görə«Marja»nın proqnozuna görə, Azərbaycanda hələ lisenziyası ləğv oluna və ya birləşə biləcək ən azı 4 bank var:
Bank Avrasiya
Kredo Bank
Günay Bank
Zamin Bank
Əlavə edək ki, Dəmir Bank və AG Bank birləşmək barədə ilkin protokol imzalayıblar.

Qeyd edək ki, Mərkəzi Bank kommersiya banklarının lisenziyalarını «məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə» ləğv edir.

Qeyd edək ki, yuxarıda adı çəkilən bankların əksəriyyəti qanunvericiliyin tələblərinə məhəl qoymayaraq öz saytlarında maliyyə vəziyyətləri barədə məlumatları açıqlamırlar. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]