Əsas Səhifə / İqtisadiyyat

"DELLORO" mebellə bağlı ŞOK FAKTLAR

26-01-2016, 08:50
"DELLORO" mebellə bağlı ŞOK FAKTLAR

Redaksiyamıza Bakı şəhəri Nizami rayonu M.X. Şərifzadə küçəsi 2593-cü məhəllə bina1d mənzil 10 saylı evdə yaşayan Ağakişiyeva Günay Əzzalı qızı tərəfindən şikayət məktubu daxil olub.
Şikayət məktubunu olduğu kimi oxuculara təqdim edirik.
"2-ay bundan öncə İnşaatçılar metrosunun yaxınlığında yerləşən "DELLORO" mebelin satış mağazasından qiyməti-500 min manat
dəyərində mebeli kredit yoluyla sənədləşdirərək hər ay 432-manat ödəməklə alaraq evimdə quraşdırdım.Lakin 10-gündən sonra mebellər birləşən yerlərindən aralanmağa başladı.Bununla bağlı mən mağazaya gedib baş verənlər barəsində baş menecer Alim Kərimova billdirdim.
Onlar mebeli təmir etmək üçün usta göndərdilər və mebellər bundan sonra daha da pis vəziyyətə düşdü.Yenidən mebellərin dəyişilməsi üçün müraciət etdikdə mənə bildirdilər ki,mebelləri uşaqların sındırıb biz onu dəyişə bilmərik.Odur ki, bildirirəm "Delloro"mebelin fırıldaqlarının qurbanı olmuşam.Qoy vətəndaşlar oxuyub bilsinlər ki, "Delloro"mebeldə satılan mallar keyfiyyətsizdir.Bununla bağlı mən xahiş edirəm hüquq mühafisə orqanları mənə köməklik etsinlər.


Redaksiyadan: Vətəndaşın bizə etdiyi müraciəti ilə bağlı qarşı tərəfin də mövqeini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]