Əsas Səhifə / Siyasət

Dağlıq Qarabağla bağlı danışıqlarda yenilik: İran oyuna girir

26-01-2016, 06:02
Dağlıq Qarabağla bağlı danışıqlarda yenilik: İran oyuna girirRusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin iranlı həmkarı İbrahim Rahimpurla Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı müzakirələr aparıb. Publika.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi məlumatında deyilir. 

"Regionda bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparıldı. Mərkəzi Asiya və Cənubi Qafqazda vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, həmçinin, Ukrayna böhranının həlli ilə bağlı Minsk razılaşmalarının reallaşdırılması kimi mühüm məqamlara toxunuldu”, - deyə Rusiya XİN-in məlumatında qeyd olunur.

Qeyd edək ki, bundan əvvəl İran XİN-in rəsmi nümayəndəsi Hüseyn Caber Ansari Tehranın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və Ermənistan arasında vasitəçilik etməyə hazır olduğunu bildirmişdi. Onun bu bəyanatının ardınca İran prezidenti Həsən Ruhani Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışığı aparıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]