Əsas Səhifə / Ölkə

Usubovun 2 dəfə geri qaytardığı işə baxılmır: vətəndaşın sənədli obyektini əlindən aldılar — SƏNƏDLƏR

26-01-2016, 02:11
Usubovun 2 dəfə geri qaytardığı işə baxılmır: vətəndaşın sənədli obyektini əlindən aldılar — SƏNƏDLƏR

Azərbaycan vətəndaşı, Bakı şəhər sakini Qəzənfər FətullayevÖlkə.az-ın redaksiyasına yazılı müraciət edərək özəlləşdirdiyi obyektinin zorla əlindən alındığını deyib. Həmin məktubu oxucularımıza təqdim edirik:

""Auto Azerbaijan” şirkəti obyektimi qanunsuz və xəbərim olmadan dağıdıb. Yerində özünə ofis tikib. Bütün sənədlərim qaydasındadır. Rüstəm Usubov Nizami rayon Prokurorluğunun qərarını 2 dəfə ləğv etsə də, prokurorluq bununla bağlı heç bir araşdırma aparmayıb", - Bakı şəhər sakini Qəzənfər Fətullayevin Ölkə.az-a ünvanladığı məktub belə başlayır.

"Hədə-qorxu ilə məndən obyekti tərk etməyimi tələb etdilər"

O, obyektinin qanunsuz söküldüyü, şikayətinə baxılmadığı üçünÖlkə.az-a müraciət edərək bildirir ki, 1998-ci ildə Nizami rayonu, Ə.Nəvai küçəsi 1 ünvanında yerləşən Qazan-mexaniki zavodunun idarə binasında ümumi sahəsi 30,5 kv.m olan iki otağı qanuni olaraq özəlləşdirib.

Daha sonra fəaliyyətini dayandırsa da, obyekt sənədləri ilə ona məxsus olub:"3 il əvvəl "Auto Azerbaijan” şirkəti mənə 15 min manat təklif edərək ərazidə tikinti işləri aparacağını dedi. Razılaşmadım. Çünki hazırda Babək prospektində yolun kənarında yerləşən ofis yerlərinin qiyməti bundan qat-qat bahadır. Daha sonra hədə-qorxu ilə məndən obyekti tərk etməyimi tələb etdilər. Mənim razılığım olmadan obyekt dağıdıldı və hazırda tikinti işi aparılır. Mən əlimdə rəsmi sənədlərlə qalmışam, heç bir şey edə bilmirəm”.

"Günahkarlar barəsində cinayət işi açılmayıb"

Qəzənfər Fətullayev deyir ki, artıq 3-cü ildir hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət edib. Buna baxmayaraq, günahkar şəxslər cəzalandırılmayıb: "Əmlakım nəinki mənə qaytarılıb, hətta günahkarlar barəsində cinayət işi belə açılmayıb. Hər dəfə Bakı şəhəri Nizami rayon Prokurorluğu cinayət işi açmaqdan imtina edir".


"Rüstəm Usubov prokurorluğun qərarını 2 dəfə ləğv etsə də..."

Şikayətçi sonuncu dəfə ötən il noyabrın 5-də baş prokurorun birinci müavini Rüstəm Usubova müraciət etdiyini bildirib:

"Rüstəm Usubov Bakı şəhər Nizami rayon Prokurorluğunun qərarını 2-ci dəfə ləğv edərək, təkrar araşdırma aparılması üçün yenidən Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qaytarıb.

Həmin qərar Polis İdarəsinə 16 noyabr 2015-ci il tarixdə daxil olub. Vəkilim bildirib ki, o vaxtdan keçən 2 ay müddətində heç bir istintaq araşdırması aparılmayıb. Media vasitəsilə aidiyyatı qurumlara müraciət edərək problemin həll olunmasını xahiş edirəm".

"Şirkətimizlə onun arasında hər hansı bir problem yoxdur"

"Auto Azerbaijan” şirkətinin marketinq şöbəsinin əməkdaşı Ayla Allahverdiyeva deyib ki, obyekti sahibindən alıblar: "Qəzənfər Fətullayevin həmin binada kiçik bir otağı var idi. Biz binanın alqı-satqısını sahibkarla etmişik. Yəni, onun kiçik obyekti ümumi böyük bir binanın içində olub. Biz də həmin binanın sahibi ilə danışıb, pul ödəyib binanı almışıq. Vətəndaş gedib binanın sahibi ilə razılığa gəlməlidir. Şirkətimizlə onun arasında hər hansı bir problem yoxdur".

Qəzənfər Fətullayev cavabında bildirir ki, mənim obyektimi darmadağın edən Auto Azerbaijan şirkətidir.

"Necə ola bilər ki, mənim özəlləşmiş qanuni obyektimi məndən icazəsiz darmadağın ediblər? İndi də Avto Azerbaijan deyir ki, biz ərazini sahibkardan almışıq. Qəzənfər Fətullayev deyir ki, o yerin sahibi mənəm. O obyekt haqqında qərarları yalnız mən verə bilərəm. İki şirkət öz aranızda alqı-satqı ediblər. Məndən xəbərsiz heç bir xəbərdarlıq etmədən. Sonrada obyektimi darmadağın ediblər. İndi isə Avto Azerbaijan şirkətinin marketinq şöbəsinin əməkdaşı Ayla Allahverdiyeva bildirir ki, mən gedib binanın sahibi ilə razılığa gəlməliyəm. Bəs mən sahibkar deyiləm? Mənim obyektimi Avto Azerbaijan icazəsiz, qanundan kənar yerlə yeksan edib. Bu bir cinayətdir. Mən öz mülkiyyət hüququmu tələb edirəm".

Ölkə.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]