Əsas Səhifə / Layihə

Sumqayıt gəncləri ilə "İdeyalar cəmiyyətin və fərdin həyatında"

25-01-2016, 07:52
 Sumqayıt gəncləri ilə "İdeyalar cəmiyyətin və fərdin həyatında"
23 yanvar 2016-cı il tarixində Sumqayıt şəhəri, Reduco Tədris Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Nabat Atayeva tərəfindən icra olunan "Gənclərin ideya məktəbi” layihəsi çərçivəsində AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi,fəlsəfə doktoru Müşfiq Şükürovun təqdimatında "İdeyalar cəmiyyətin və fərdin həyatında" mövzusunda 2-ci təlim təşkil edilmişdir. İlk öncə çıxış edən layihə rəhbəri Nabat Atayeva layihə və onun məqsədi məlumat vermiş, iştirakçılara uğurlar arzulamışdır. 
Online seçim əsasında "məktəb”ə qəbul edilmiş gənclər mövzu ilə bağlı maraqlı müzakirələrdə iştirak ediblər. İnteraktiv metodlarla keçirilən təlimdə iştirakçılar yeni ideyalar, ideyaların fərqliliyi,onların cəmiyyətdə qəbul olunması və ideyalara münasibətlər,idarəetmə, uğur formulu və digər mövzularla bağlı suallara cavab tapıblar.Layihənin əsas məqsədi "Gənclərin ideya məktəbi” vasitəsilə ölkəmizin ümumi inkişafında gənclərin rolunun daha da artırılmasına dəstək göstərməkdən ibarətdir.
 
xeberman.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]