Əsas Səhifə / Ölkə

MTN çetesinin gizli fiqurları: Xəlil Göyüşov – “Akula Akif” ittifaqı

25-01-2016, 06:22
"Akula” Akifin daha bir adamı cinayət məsuliyyətinə cəlb oluna bilər; İş adamı Xəlil Göyüşovun keçmiş MTN rəhbərləriyinin himayəsində fəaliyyət göstərdiyi iddia edilir 
Son 3 ayda ölkə gündəmini zəbt edən "MTN işi” məsələsinin yeni təfərrüatları ortaya çıxmaqda davam edir. Dövlətin bir çox qurumlarına uzanan bu mütəşəkkil dəstənin üzvülərinin bir hissəsi zərərsizləşdirilsə də, dövlətə və xalqa külli miqdarda ziyan vuran Mahmudovçu-Çovdarovçu dəstə ilə birlikdə çalışan onlarla, bəlkə də yüzlərlə şəxslər hələki rahatlıqla əvvəlki işlərini davam etdirməkdədirlər. Belə ki, məsələ ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı "MTN işi” ilə bağlı ölkədən qaçan "Akula” ləqəbli iş adamı Akif Mustafeyvin ortaqlarından birinin adı məlum olub. Həmin məlumatda adı çəkilən iş adamı isə vaxtı ilə oğlu əsgərlikdə ola-ola Bakı şəhərinin restoran-barlarında kef çəkən, gecələri avtoşluq etdiyinə görə gündəmə gələn Xəlil Göyüşovun olduğu iddia edilir.
Məlumatda bildirilir ki, "Körpü-Bina Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşov sabiq MTN naziri Eldar Mahmudovun biznes sahəsində şəbəkəsini idarə edən və bir çox iş adamından MTN vasitəsi ilə xərac toplayan "Akula” Akiflə çox ciddi əlaqələrə və ortaqlığıa sahib olub. Belə ki, məlumata əsasən Xəlil Göyüşov paytaxt Bakıda və bölgələrdə "Körpü-Bina Tikinti” MMC-yə həvalə edilən çox milyonluq dövlət sifarişli layihələri məhz "Akula” Akif in sayəsində əldə edib. Həmin vəsaitlərin böyük bir hissəsi isə mütəşəkkil dəstə tərəfindən mənimsənilib. Böyük tenderlərin "udulmasını” və icra hakimiyyətləri ilə bazarlıqları Çovdarov həyata keçirsə də, vəsaitlərin nəqdləşdirilərək mənimsənilməsini isə toplayan "Akula” Akifin nəzarətində olan bir çox iş adamlarından biri də Xəlil Göyüşov olub. Mənimsənilən vəsaitlər isə doğurdan gözqamaşdırıcıdır.
Bundan başqa Xəlil Göyüşovla Akif Musatafyevin birlikdə tikinti biznesi işi ilə məşğul olduqları və Binəqədi rayon 7-ci və 8 ci mikrarayonlarda bir neçə hündürmərtəbəli binalar inşa etdiklərii deyilir. Xəlil Göyüşovun həyata keçirtdiyi tikinti işlərinin əksəriyyətinin arxasında məhz Akif Mustafayevlə sabiq nazir Eldar Mahmudovun olduğunu və buna görədə vaxtı ilə iş adamına Bakı şəhərinə "gözün üstə qaşın” var deyən olmadığı bildirilir.
Mənbənin bildirdiyinə görə Eldar Mahmudovun vəzifəsindən çıxarılmasından və Akif Mustafayevin ölkədən qaçmasındna sonra Xəlil Göyüşov sakit bir guşədə təşviş içində gözləməkdədir. Çünki "MTN işi” və Akif Mustafayevə açılan cinayət işində adının keçəcəyindən əmindir.
Onu da qeyd edək ki, bir müddət əvvəl dtv.az- hazırda Bakıda inşa edilən körpü və tunellərdə tikinti işlərini həyata keçirən «Körpü-Bina-Tikinti» MMC-də ilginc vəziyyət yaşandığı barədə məlumat yaymışdı. Məlumatda vurğulanırdı ki, X. Göyüşovun rəhbəri olduğu bu şirkət həmçinin digər böyük layihələrə də qatılıb. Amma görülən işlərin keyfiyyəti ilə yanaşı, ortada böyük məbləğlərdə pulların yeyildiyinə dair iddialarda var.
Xatırladaq ki, sözügedən «Körpü-Bina-Tikinti» MMC 2001-ci ildə təsis edilib 2004-cü ildən sonra milyonluq layihələrdə yer alıb. «Körpü-Bina-Tikinti» MMC-nin nəzdində Asfalt Zavodu, Balka sexi, Beton zavod, Çınqıl karxanası, Beton boru zavodu, Körpü istehsalat zavodu və Beton qovşaqları adlı istehsalat müəssisələri fəaliyyət göstərir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]