Əsas Səhifə / Layihə

Yardıma ehtiyacı var

15-03-2015, 16:52

Kərimov Namiq Elşad oğlu 1985 ci il təvəllüdlüdür. Evlidir, 2 övladı var. Bu qardaş bircə əməliyyatla sağlam həyatına qayıdacaq. Ağciyəri parçalanır. Ona süni ağciyər transplantasiya olunmalıdır. Ətrafınızda imkanlı, xeyirxah insanlar varsa, Allah rizası üçün onlara müraciət etməyə utanmayın. Bircə söz, bircə əməl sizə böyük bir savab iş görməyə imkan verər. Bir ailəni başsız, azyaşlı uşaqlarını yetim qalmaqdan qoruyar. Bəzən gözləmədiyimiz yerdən yardım gəlir. Ailənin bu dəqiqə hər cür dəstəyə ehtiyacı var. 6 nəfərlik ailəni ( xəstənin atası, anası, həyat yoldaşı, 2 uşağı) yalnız xəstənin qardaşı təmin edir. Hamımız bilirik ki, dərmanlar necə bahadır. Gəlin heç olmasa bacardığımız qədər yardımçı olaq. Çalışaq iki az yaşlı körpə atasız qalmasın. Xəstə haqqında:Həkimlər səhvən vərəm diaqnozu qoymuş və səhv müalicə ilə səhhəti daha da pisləşmişdir. Ağciyərin parçalandıqca axan çirkli qan laxtasını çəkib çıxarmaq üçün qarnında dəlik açılıb şlanq qoyulub. Artıq bir neçə ildir ki, bu şlanqla yaşayır. Son 3 günü çox pis vəziyyətdədir. Gecələr ağrıları artıb dözülməz dərəcəyə çatıb. Dünən qanaxması olub, qanaxmadan huşunu itirib. Həkimlərin tibbi müdaxiləsi nəticəsində özünə gəlib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]