Əsas Səhifə / Layihə

“TURAN Gömrük İttifaqı qurulmalıdır”

23-02-2015, 12:11
“TURAN Gömrük İttifaqı qurulmalıdır”
“TURAN” Azərbaycanlıları Konqresinin sədri, “TÜDİB” Türk Dünyası İş adamları Birliyinin Azərbaycan üzrə nümayəndəsi Rəşad Əlizadə sosial səhifəsində maraqlı bir təkliflə çıxış edib.
Avrasiya.net həmin təklifi təqdim edir:
Düşünürəm ki, TURAN Gömrük İttifaqı qurulmalıdır. Əslərdir dilimizdən TURAN düşmür. Lakin, bu istək sadəcə dilimizdədir. TURAN-ın qapısı Azərbaycandır, ona da görə bizə nə Avropa Gömrük İttifaqı, nədə ki, Avrasiya Gömrük İttifaqı lazımdır.
Eləcə də, Qırğızıstana, Qazaxstana, Türkmənistana, Özbəkistana hətta Türkiyəyə lazım deyil Avrasiya və ya Avropa Gömrük İttifaqı. Qazaxstan Avrasiya Gömrük İttifaqından nə əldə etdi? Heç bir şey. Sadəcə Rusyadan asılılıqdan başqa heç bir şey əlinə keçmədi. Qazaxstan bu günlərdə üzünü Avrasiya Gömrük İttifaqından çevirmək üzərədir. Çünki daim Rusyanın basqısı altındadır. Rusiya Qazaxıstanın tam müstəqilliyini dırnaq arası vəziyyətə salıb. Qırğızıstan yaşadığı acınacaqlı vəziyyətdən dolayı bilmir üzünü hara tutsun – Asiyaya ya Avropaya.
Türkiyə Avrasiya Gömrük İttifaqına dünəndən girməyə hazırdır. Azərbaycan isə, “Qarabağ olmadan heç bir ittifaqı tanımıram” kimi sözlərlə neytral mövqedə durur. Düşünün ki, TURAN Gömrük İttifaqı qurulub və bunun qurucusu Azərbaycandır. Türkiyədən tutmuş, Monqolustana qədər uzanan yol Azərbaycandan keçir. Arada Xəzər dənizi olduğuna görə, Azərbaycandan Türkmənistana və Qazaxstana yol ancaq Rusiya və İran üzərindən keçir. Lakin Xəzər dənizi vasitəsilə bizi Qazaxstandan və Türkmənistandan cəmi 600-800 km yol ayırır. Xəzər dənizi üzərində yol açılsa, təsəvvür edin, Türkiyənin Ədirnə şəhərindən başlayan yol, Monqolustana qədər gedir və bu yol isə sadəcə Azərbaycandan keçir.
Azərbaycan nə vaxta qədər bu cür gözəl şansını dəyərləndirməyə cəhd etməyəcək? Azərbaycan müstəqil dövlətdir. Daxilində
yaratdığı hər hansı bir qurum, struktur, ittifaq və s. kimi birliklərin yaranması üçün heç kimə hesabat vermək məcburiyyətində deyil. Azərbaycan istəsə, tarixi bir addım atar. Bu addımın adı əsrlər boyu atalarımızın mübarizə etdiyi TURAN-dır.
Mən demirəm ki, TURAN dövləti qurulsun. Mən deyirəm ki, Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Monqolustan arasında Azərbaycanın addımı əsasında TURAN Gömrük İttifaqı qurulsun. Gec, ya tez bu İttifaq qurulacaq. Bu ittifaqın adi başqa çür olacaq amma olmaz ki, sözdə ”biz Qardaşıq” dediyimiz millətləri, dövlətlərin heç bir gömrük ittifaqından asılı etməmək üçün öz aramızda bunu edək? Bu elə də böyük problem deyil, bunu etmək üçün sadəcə iradə və əzmkarlıq lazımdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]