Əsas Səhifə / Elm

Rektor öz kitabını tələbələrə zorla satır — Bakı Qızlar Universitetində

20-01-2016, 14:00
Bakıda universitetlərin birində rüşvət olayı tələbələrin səbr kasasını doldurub

Ölkə.Az-ın redaksiyasına ünvanlanan şikayət məktubunda bildirilir ki, Bakı Qızlar Universitetində tələbələrə qarşı saysız haqsızlıq edilir. İddialara görə, müəllimlərə rektor və dekanlar tərəfindən tapşırılır ki, şagirdlərə seminar və sərbəst işlərdə (referat) yüksək qiymət yazılmasın.

Bu hallar isə tələbələrin imtahana giriş ballarına təsir edir və onların kəsilmələrinə gətirib çıxara bilir.

Bundan əlavə digər iddia isə universitetin rektoru Ağarəhim Rəhimova aiddir. Tələbələr bildirir ki, rektor öz kitabını tələbələrə məcbur şəkildə satır. Kitabı almaqdan boyun qaçıran tələbələrə isə diplom verilmir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]