Əsas Səhifə / Xəbərlər / Hava haqqında

20 dərəcə şaxta, normadan artıq isti - Dekabrın havası

30-11-2017, 14:31
20 dərəcə şaxta, normadan artıq isti - Dekabrın havasıDekabr ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Press-az.com-a verilən məlumata görə, dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 6-8 dərəcə isti (gecələr 4-8, bəzi günlərdə 0-2, gündüzlər 8-13, bəzi günlərdə 3-6 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 24-34 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 1-3 dərəcə isti (gecələr 2-7, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 9-14, bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-35 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 1-3 dərəcə isti (gecələr 0-5, bəzi günlərdə 8-10 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-53 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 4-6 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 2-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 13-32 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun 2-6 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 4-9, dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 24-48 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 5-8 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 6 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 19-32 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun 4-9 dərəcə isti (gecələr 4-8 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda 5-10 dərəcə şaxta, gündüzlər 9-14, bəzi günlərdə 4-6 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yükəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 45-106 mm) olacağı gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]