Əsas Səhifə / İdman

"Qarabağ" yenidən lider oldu

8-02-2014, 17:07
"Qarabağ" yenidən lider oldu
Bu gün futbol üzrə Azərbaycan çempionatında XX tura start verilib. ANS PRESS-in məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Turun mərkəzi oyununda çempionatın lideri “Qəbələ” öz meydanında “Qarabağ”la qarşılaşıb. Ötən tur zirvəni əldən verən Ağdam təmsilçisi bu dəfə güclü rəqibindən 3 xal ala bilib.

"Rəvan" bu turda da uduzub. "Rəvan" "İnter"ə son saniyələrdə buraxdığı qolla məğlub olub.

Autsayder “Sumqayıt” isə səfərdə AZAL-la heç-heçə edib.

Topaz Premyer Liqası

XX tur

8 fevral (şənbə)

“Qəbələ” – “Qarabağ” 0:1
Qol: Reynaldo Silva, 74

“Rəvan” – “İnter” - 1:2

Qollar: Oke Akpoveta, 58 - Aleksandr İaşvili, 17; Vaqif Cavadov, 90+4 (p)

AZAL – “Sumqayıt” - 2:2

Qollar: Nedo Turkoviç, 45; Viktor İqbekoyi, 80 - Tərzin Cahangirov, 59; Pərdis Fərcad-Azad, 90 (p).

Musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]