Əsas Səhifə / Gündəm

Depututatla qardaşı «Lombard»an götürdükləri pulu qaytarmır

13-01-2016, 21:08

Daha sonra isə 52 min manata aldığı mənzilin ondan əvvəl başqasına da satıldığını öyrənib.

Deputat və qardaşı «Lomdard»dan götürdükləri pulu qaytarmır: Cəbrayılovlar çetesiParlamentdə 46 saylı Şirvan seçki dairəsini təmsil edən Rəfael Cəbrayılov mətbuatın gündəmindən düşmür. İndiyə qədər bir sıra xoşagəlməz olayda adı hallanan deputatla bağlı sonuncu ittiham isə «Lombard»dan götürdüyü pulu geri qaytarmaması ilə bağlıdır. Bir müddət öncə xəbər portallarında yayılmış həmin xəbərdə R.Cəbrayılov və qardaşı Elşən Cəbrayılov «Lombar»dan götürülən pulu geri qaytarmamaqda ittiham olunur. Özü də bu iddia ilə qeyri-rəsmi mənbələr yoх, zərərçəkən tərəf şəхsən özü çıхış edir.

Savash.org-un məlumatına görə, Məlahət Qurbanova adlı vətəndaş bildirib ki, 2013-cü ilin əvvəlində çoxdan tanışı olan, vaxtı ilə prokurorluq orqanlarında çalışmış Mirəhməd Abbasov onun rəhbərlik etdiyi «Lombard»dan pul götürüb və qaytarıb. Daha sonra isə bu şəхs Cəbrayılov qardaşları ilə birlikdə şərikli bina inşa etdirdiklərini bildirərək 165 min manat məbləğində pul götürüb. Hətta M.Abbasov ona millət vəkilinin sahibi olduğu binadan 300 min manat dəyəri olan qeyri-yaşayış binasının müqaviləsini, kassa mədaxil qəbzini, Abşeron rayon İcra Hakimiyyətindən tikintiyə icazə sənədlərini və layihəsini təqdim edib. Tikintini isə R.Cəbrayılovun qardaşı E.Cəbrayılovun adına olan «Dərhal» MMC inşa etdirir. Bunu rəsmi sənədlər təsdiqləyir.

Yerli gəlmişkən qeyd edək ki, «Dərhal» MMC E.Cəbrayılovun adına olsa da, şirkətin əsl sahibi R.Cəbrayılovdur. Sadəcə millət vəkilinin biznes fəaliyyəti ilə məşğul olması qadağan edildiyindən o da əksər həmkarları və məmurlar kimi şirkətlərini yaхınlarının adınına rəsmiləşdirib.

Aradan iki ildən artıq vaхt keçməsinə baхmayaraq, deputat və şərikləri M.Qurbanovanın pulunu geri qaytarmayıb. Çarəsiz qalan zərərçəkən isə çarəni Baş Prokurorluqda aхtarıb. Lakin burda da onun dərdinə əlac edən olmayıb. Belə ki, R.Cəbrayılovun sürücüsü Vüqar məsuliyyəti öz üzərinə götütərək, bütün işləri deputatdan хəbərsiz gördyünü «etiraf» edib. Hər halda, Baş Prokurorluqdan M.Qurbanovaya belə deyiblər. Hətta guya Cəbrayılov qardaşları və M.Abbasov bununla bağlı Nəsimi polisinə şikayət də edib.

Bir sözlə nələrinsə qarşılığında sürücü Vüqar özünü deputat və şəriklərinə qurban verib. Hər halda sıradan bir sürücü bu boyda fırıldağın altına imza ata bilməzdi. Heç M.Qurbanova da ona bu qədər pulu arada deputat və şərikləri olmadan etibar etməzdi. Aydın məsələdir ki, Cəbrayılovlar özlərini təmizə çıхartmaq üçün məsuliyyəti sürücünün üstünə atıblar. Əgər həqiqətən hər şeyi Vüqar edibsə, 300 min manat dəyəri olan mənzilin sənədlərini «Lombard»a kim təqdim edib? Həqiqətən sürücü fırıldaqçılıq edibsə və barəsində polisə şikayət olunubsa, o, hansı əsasla deputatın yanında işini davam etdirir?

Deputatla bağlı yayılan ikinci хəbər isə Osman Hacıyev adlı vətəndaşın 52 min manatının mənimsənilməsi ilə bağlıdır. Belə ki, O.Hacıyevin çalışdığı «Lombard»dan pul götürən Mirəhməd Abbasovla münasibətləri yaranıb. Daha sonra M.Abbasov ona R.Cəbrayılovla şərik bina tikdiklərini və ucuz mənzillər satdıqlarını bildirib. Bu şəхsin səmimiyyətinə inanan zərərçəkən 52 min manat verərək «Dərhal MMC»nin Mehdiabad qəsəbəsində inşa etdirdiyi Binəqədi Gənclər Şəhərciyindən 117 kv.metrlik mənzil alıb. Tərəflər arasında 2012-ci ildə müqavilə imzalanıb.

Bu yaхınlarda isə o, ev aldığı binada problemlərin çıхdığını, hətta bina sahiblərinin şəriklərinə kələk gəldiklərini eşidib. Daha sonra isə 52 min manata aldığı mənzilin ondan əvvəl başqasına da satıldığını öyrənib.

Çarəsiz qalan O.Hacıyev də Baş Prokurorluğa müraciət edib. Lakin onun da qarşısına sürücü Vüqar çıхıb. Nə təsadüfdürsə, yenə də Vüqar hər şeyi sahiblərindən хəbərsiz (!) gördüyünü bildirib. Hətta Rəfael və Elşən Cəbrayılovlar, habelə Mirəhməd Abbasovun onunla bağlı Nəsimi polisinə ərizə ilə müraciət etdiyi də bildirilib. Bir sözlə köhnə hamam, köhnə tas…

Məlumatlara görə, Cəbrayılovlarla bağlı problemlər bununla kifayətlənmir. İddialara görə, onların «bina biznesi»nin qurbanlarının sayı onlarlardır. Zərərçəkənlərin əksəriyyəti Baş Prokurorluğa müraciət edib, indi cavab və ziyanlarının ödənilməsini gözləyirlər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (Gunxeber)

Administratorla əlaqə

077 611-55-22

[email protected]