Əsas Səhifə / Foto Fakt

İcra başçısının oğlu bahalı avtomobilini satır - FOTOLAR

12-01-2016, 10:24
İcra başçısının oğlu bahalı avtomobilini satır - FOTOLARSabirabad rayon icra başçısının oğlu avtomobilini satır. Bu barədə AFN.az-a oxuculardan biri xəbər verib. Oxucumuz bildiirir ki, başçı Nazim İsmayılovun oğlu Anar İsmayılov avtomobil satışı üzrə fəaliyyət göstərən elan saytlarından birində özünün "Toyota Land Cruisez" markalı avtomobilini satışa qoyub.

Elanda qeyd edilib: 
Tormozların antiqapanma sistemi (ABS), təhlükəsizlik yastıqları, park radarı, yağış sensoru, ksenon lampalar, dumana qarşı işıqlar, mərkəzi qapanma, yüngül lehimli disklər, kondisioner, klimat-kontrol, kruiz-kontrol, lyuk, avtomatik şüşəqaldıranlar, qızdırılan oturacaqlar, yan güzgülərin qızdırıcısı, audiosistem, dəri salon, bort kompüter, naviqasiya sistemi / TVD/DVD, cd-çeyncer.
Avtomobil əla vəziyyətdədir, heç bir xərc tələb etmir, probeq dəyişdirilməyib, vuruğu yoxdur, 2015 modelə yığılıb. "Lexus 570"-ə barter edərəm. Fikri ciddi olanlar narahat etsin.
Daha sonra satan şəxsin adı (Anar) və nömrəsi qeyd edilib. Avtomobil 36 min dollara satışa qoyulub. 

P.S. Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.




Administratorla əlaqə

077 611-55-22

[email protected]