Əsas Səhifə / Reportaj

"İnsan haqları: Qüds və Qarabağ - eyni dərddə" elmi-nəzəri konfrans keçirib (VİDEO,FOTO)

24-06-2017, 00:52
Bu gün Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət hərəkatı Bakıda "İnsan haqları: Qüds və Qarabağ - eyni dərddə" elmi-nəzəri konfrans keçirib.
Xeberman.com-un verdiyi məlumata görə, konfransı giriş sözü ilə Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət hərəkatı rəhbəri Rövşən Əhmədli açıb. Rövşən Əhmədli bildirib ki, Qüds günü tək Fələstin torpaqlarının azadlıq günü deyil ,həmçinin Qarabağın da azadlıq günüdür və bütün işğal olunmuş müsəlman torpaqlarının azadlığı günüdür. Zülümə və işğalçıya qarşı mübarizə günüdür. Bundan əlavə Rövşən Əhmədli Qüds gününün tarixindən bəhs edib.
Rövşən Əhmədlinin çıxışından sonra Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Hacı İlham Əliyev, tanınmış ağsaqqal və ziyalı Hacıağa Nuriyev, Azərbaycan Ziyalılar Birliyinin sədri, tanınmış kinorejissor Eldəniz Quliyev , İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli , Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, Müsəlman biriliyin idarə heyətinin üzvü Əhsən Nuruzadə, Əsgər Analarına Dəstək İctimai Birliyinin rəhbəri Hacı Növrəstə İbrahimova, Tanınmış araşdırmaçı yazar Qurban Cəbrayıl, Nardaran ağsaqqallarından Natiq Kərimov, Birlik Partiyasının sədri Xudu Xuduyev, Islam Partiyası sədrinin müavini Akif Heydərli, və digər natiqlər Qüds və Qarabağın işğalından ,son günlər İŞİD problemindən danışıblar . Müsəlman dünyasını Qüds günündə vəhdətə çağırdılar. Bununla da "İnsan haqları: Qüds və Qarabağ - eyni dərddə" elmi-nəzəri konfrans öz işin yekunlaşdırdı.










Administratorla əlaqə

077 611-55-22

[email protected]