Əsas Səhifə / Yazarlar

Bəyəndiyim qadın

16-01-2015, 21:53
Bəyəndiyim qadın
Bir xeyli bundan öncə İradə Aytelin “ bəyəndiyim kişi” adlı bir yazısını oxumuşdum. O gündən, bu yana mən də “ bəyəndiyim qadın” adlı bir yazı yazmaq istəyirdim. Qismət bu günə imiş. Bizim həyatımızda da, ədəbiyyatımızda da qadın obrazına ehtiyacımız var. Böyük Türk Əhməd Bəy Ağaoğlu deyirdi: “ Rusiya bugünki inkişafını Dostoyeviskinin yaratdığı qadın obrazlarına borcludur”. Bəli, bizim də elə qadın obrazlarına ehtiyacımız var. Ədəbiyyatı hələlik bir kənara qoyaq və keçək həyata. Bu gün bizim qızla rımızın örnək ala biləcəyi qadınlar kimlərdi. Kitab oxumadığımıza, ancaq tvlərlə formalaşdığımıza görə qızlarımızın örnək alacağı qadınlar da müğənnilər olacaq böyük ehtimal. Efirdə bir- birilərinin şəxsi həyatlarına qarışan, kişilərinin kimlərlə yatdığını deyən insanlardı, gəncliyimizin, gələcək analarımızın örnək alacağı insanlar.
Ədəbiyyat sahəsində də vəziyyət çox acınacaqlı ola bilərdi əgər Günel Treu, Aytən Cavanşir kimi imzalar olmasaydı. Bu xanımlar həm yazıları ilə, həmdə davranışları ilə bəyəndiyim xanımlardır. Onları gördükdə hələ də nəyəsə ümid eləmək olar, deyə düşünürəm. Yəni hər bir Azərbaycan qadını onlar kimi ola bilər, onlar kimi xanım əfəndi. Ancaq bunun üçün öncə gəncliyimiz kitab oxumağı, xanım olmağı öyrənməlidir.

Ən çox bəyəndiyim qadın isə istər yazıları, istər görkəmi ilə Türkiyəli xanım yazar Elif Şafakdır. Bu xanıma baxanda həqiqətən insan heyran olur, vurulur ona. Yazıları özündən gözəl, özü yazılarından dəyərli bir xanım. Bu yaxınlarda onun haqqında olan yazıları oxuyurdum. Bir araşdırmacı deyir ki o, “Eşq” i yazmadan öncə 15 il sufizm, qadın haqları və siyasət haqqında cürbəcür araşdırmalar aparmışdır. Yəni bir əsər 15 illik zəhmətin ürünüdür. Sadə makyajı, geyimi, gözəl üzü olan bir xanımdır. Çəkisi də öz yerində, idial bir xanım. İndi bir ona baxıram, bir də bizim bəzi özünə yazar deyən xanımlara.

Mənim bəyəndiyim qadın bax belə bir qadın ola bilər. Yəqin ki, bir çox Azərbaycan kişisi də mənim kimi düşünür. Bir qadın həm daxili dünyasına, həm də xarici görkəminə fikir verməlidir. Qadınlar elə düşünürlər ki, üzlərinə boyanı çox çəkəndə daha çəkici olurlar, ancaq bəzən nə qədər çirkin olduqlarının fərqinə varsalardı kaş. Ən böyük gözəllik sadəlikdir. Deməli özünə yazar deyən bir xanım bütün günü sinəsinin və bacaqlarının şəklini paylaşır sonra da deyir bu il ərə getmək istəyirəm. Demək bu sözü üç- dörd ildi ki, hər il yazır. Daha bilmir ki, Azərbaycan kişisi yüz ildə keçsə belə bir qadınla evlənməz. Azərbaycan kişisinin bəyəndiyi, evlənəcəyi qadınla vaxt keçirəcəyi qadın fərqli, fərqlidir. Yalnız daxili gözəlliyi, əxlaqı düzgün olan qadınla evlənməyi üstün tutacaq, ən baz olanımız belə…

Kişilər evləndikdən sonra qadınlarını niyə aldadır? Bir – iki söz də bundan demək istəyirəm. Qadın özünə diqqət edir, bəzənib- düzənir elə ki, ərə getdi, iki uşaq doğdu başlayır dəyişməyə. Özlərinə diqqət etməyib, bozbaş qoxuyanda, kişilər təbii ki, onları aldadacaq. Yəni bir günah, bir səhv olursa bunun günahkarı hər iki tərəfdir deyə düşünürəm.

- Bəyəndiyim qadın, yanlız evlənənə qədər deyil, evləndikdən sonra da özünə baxıb, diqqət edən qadındır.

- Bəyəndiyim qadın, istər həyatda, istər sosial şəbəkələrdə özünü aparmağı bacaran qadındır.

- Bəyəndiyim qadın oxuyan, düşünən xanım əfəndi olmağı bacaran qadındır.

- Bəyəndiyim qadın sevgiyə, sevgiliyə- nişanlıya, ərə sadiq olan qadındır.

- Bəyəndiyim qadın sadə makyajlı, çəkisinə diqqət edən qadındır.(Yəni, 80 kq çəki ilə dar şalvar, şortiq geyinməyən)

- Bəyəndiyim qadın düşünməyi bacaran, başqalarının düşüncələrinə hörmət edən qadındır.

- Bəyəndiyim qadın az danışan, çox təfəkkür edən, işdən yorğun gələn ərini də fikirləşən qadındır.

- Bəyəndiyim qadın övladları ihmal edib də, vaxtını tv qarşısında, internetde keçirməyən qadındır.



Baxın bütün bunlardan istifadə edib, qadın obrazları yaratdığımız zaman və gənc qızlarımıza kitab oxuma alışqan lığını qazandırdığımız zaman işlər düzələcək.

Tural Sahab

Administratorla əlaqə

077 611-55-22

[email protected]