Əsas Səhifə / İslam

Qulağımıza pıçıldayan qeyri-məsumlar

7-02-2014, 22:16

Muhəmməd (s) ümmətinin ən çox zülmə məruz qalanları məhz elə onun ailəsi, Əhli Beyti olmuşdur . Bunu tarix göstərir .Məqsədim bura islam tarixini qeyd etmək deyil.Amma bir az səbrli olsanız, yazının mətləbini anlayacaqsınız. Əziz Peyğəmbərimizin (s) dünyasını dəyişməsindən sonra ailəsinin, Əhli Beytinin də haqlarının tapdanması ani olaraq başladı və məlum şəxslər tərəfindən həyata keçirilməsinə təkan verildi. Bu zülm ta indiki dövrümüzə qədər davam edir. Peyğəmbərin vəsisi , haqq xəlifəsi olan İmam Əli (ə) 25 il bu zülmə dözdü və nəhayət öz haqqı ona yetişəndə də münafiqlər ona qarşı çıxdılar... Yenə də haqsızlıq, yenə də zülm... İmam Həsənin (ə) hakimiyyətə gəlməsi tarixini yəqin ki , bura yazıb vaxt aparmağa ehtiyac yoxdur .Sonunda yenə də zülm , yenə də haqsızlıq... İmam Huseyn (ə) də əhli beytə qarşı edilən bu qədər həyasızlıqlardan sonra hakimiyyət davası etmədi.Sadəcə şərəfsiz bir qəsbkara , özünü haqsız yerə xəlifə adlandıran Yezid ibn Muaviyəyə (lə) beyət etmədi, yəni onu bir İslam dövlətinin rəhbəri kimi haqlı yerə qəbul etmədi.Halbuki bu şəxs, Peyğəmbərin (s) yerində əyləşmişdi və ümmətə rəhbərlik iddiasındaydı. Sonu isə hamımıza bəllidir.Kərbəla hadisəsi və... İmam Səccad (ə) da hakimiyyət üçün qiyam ,inqilab etmədi .Ona edilən zülmün müqabilində xəlifəlik üçün mübarizəyə qalxmadı.İmam Səccaddan (ə) sonra oğlu Zeyd ibn Əli haqsızlığa qarşı qiyam etdi .Çoxlu sayda tərəfdarları oldu, amma qiyam nəticəsiz qaldı... Bəli, burda maraqlı bir məqam var. Zeyd ibn Əli qiyam etməkdə haqsız idimi ? Xeyr, ata babalarinin haqqın tələb edirdi , buna görə qılınc götürüb haqqin tələb etdi , qiyam etdi . Amma ən maraqlısı burasıdır ki, Allah terfinden verilen imamət məqami qilınc götürüb üsyan edən , haqq tələb edən , qiyam eden Zeydə yox, evində oturub kitab oxuyan , elmlə meşğul olan Muhəmməd Baqir (ə) a verildi . Dövrün imamı imam Muhəmməd Baqir (ə) seçilmişdir .Deməli , məsələ heç də qılıncla, qiyamla, inqilabla həll olunası bir məsələ deyildi . Sonralar İmam Sadiq (ə) bu qiyamın olmasına narazı idi, amma Zeydə kafir deyilməsinin əleyhinə oldular .İzahını bu cür verdilər ki, əgər hakimiyyəti ələ keçirsəydi öz dövrünün İmamına təhvil verəcəkdi. Amma biz görürük ki, dövrün İmamı icazə verməyib razı olmadıqca heç bir müsbət nəticə əldə edilmir. Fikir versək görərik ki, İmam Huseyndən (ə) sonra gələn İmamların heç biri öz dövrlərinin hakimiyyətinə qarşı silahlı üsyan etmədilər ,dövlət çevrilişinə cəhd etmədilər , baxmayaraq ki , hakimiyyət onların qanuni haqları idi. Maraqlidir …. Axı niyə ? Çünki burda bir ilahi hikmət var.İlahi təqdirdə İslam hökuməti qurmaq 12-ci İmam Həzrət Məhdiyə (əf) nəsib olacaqdır və bu nemət ona bəxş ediləcəkdir , yer üzündə Ümumdünya İslam Hökuməti qurulacaqdir. Bir çox mötəbər mənbələrdə Məsumlardan (ə) hədislər rəvayət olunub ki, İmam Hüseyndən (e) sonra İmam Mehdinin (əf) zühuruna qədər hökumət qurmaq üçün qaldırılan bütün bayraqlar şeytanın bayrağıdır. İmamlarımız (ə) həmişə insanları zühurun və ədalətli İslam Hökumətinin intizarında olmağa rəğbətləndiriblər və bu ağır vəzifənin icrasında onları son dərəcə səbrli olmağa çağırıblar. Zühura qədər olan müddətdə isə möminlərin vəzifəsi elm öyrənmək ,gözəl əxlaqa yiyələnmək ,ibadətdə sabitqədəm olmaq ,çoxlu dualar etmək və azdırıcı təbliğatların toruna düşməkdən qorunmaqdır. Bu gün də dünyanı haqsızlıq və zülm bürüyüb. Müsəlman ölkələrindəki müharibələr bitmək bilmir .Aclıq, səfalət baş alıb gedir . Bu bizim ölkəmizdən də yan keçməmişdir. Məmur özbaşınalığı, süründürməçiliklər,saymamazlıqlar,rüşvət ,haqsızlıq durmadan artır.Əxlaqsızlıq son həddə çatıb .Haram halalın yerini alıb.İslam əqidəsi və şəriət ayaq altındadır.Amma İmam Zaman (əf) zühur etmir ki ,etmir ...intizar bitmək bilmir...Niyə?.. Belə çıxır ki, İmamın (əf) qeyrəti yoxdur (haşa) ki, zühur etmir ? Və yaxud , o biri İmamlar (ə) qeyrətsiz və qorxaq idilərmi ki , qalxıb silahlı mübarizə etmədilər və hakimiyyət qurmadılar ? Axı niyə İmam Mehdi (əf) bu zülmə göz yumur ? Bəlkə İmamın (əf) ədaləti yoxdur (haşa) ? Məsələnin bu yerində mən sualları cavabsiz qoyaraq keçirəm bu zülmlərə dözə bilməyən , cəmiyyətdə ədaləti, haqqı bərpa etmək istəyən,İslam inqilabı həvəsində olan bir çox ruhanilərə..... Əzizlərim !!! Ey Əhli beyt (ə) aşiqləri !!! Ey mənim haqsızlığa dözə bilməyən, ürəkləri qübar bağlayan məsləkdaşlarım !!! Məgər bizim bu qeyrətimiz İmam Mehdinin (əf) qeyrətindən üstündur ? Bəlkə biz İmam Mehdidən (əf) özümüzü qeyrətli hesab edirik ?? Bəlkə bizim ədalətimiz İmamin (əf) edaletinden üstündür??? Xeyr ,bu heç də belə deyildir və ola da bilməz. O inqilabı ki, Məsumlarımız (ə) haram buyurublar , orda xeyir olmaz. Biz onlara itaət etmiriksə , onda biz kimik ? Kimlərə qulaq asırıq ? Deməli, qulagimiza picildayan qeyri mesumlara itaət etmiş oluruq... Buna görə də, bir gün İmam Mehdi (əf) zühur edəndə onun mübarək üzünə baxmağa utanacağıq, xəcalət çəkəcəyik ...Hər şeyin öz vaxtı var və hərə öz vəzifəsinin qeydinə qalsa daha doğru olar .Çünki hakimiyyət qurmaq Məsumlardan (ə) başqasına haramdır. Biz Məsumlarımızın (ə) bizdən tələb etdiyi işlərlə məşğul olsaq , bir gün inşəallah İmamın (əf) əskərlərindən də ola bilərik və din yolunda şəhidlik dərəcəsinə də çata bilərik. Biz zülmə qarşı dilimizlə , yazımızla , haramlardan çəkinməklə , ailəmizdə Peyğəmbərimizin (ə) sünnəsini yaşatmaqla , din elmini Quran və hədislərdən öyrənib ətrafımızdakılara təbliğ etməklə çıxmalıyıq.Gedib başqa ölkələrdə cihad adına vuruşub cənnət arzusunda olmamaliyiq . Baş kəsməklə, qan tökməklə cihad olunmur , çünki cihad fetvasini İmam Zamandan (əf) başqasi verə bilməz . Bəs onda nədir bu cəhalət ? Nədir bu fitnələr ? Bunlar kimin oyunlarıdır ? Hər kimlər edirsə, deməli dostlarımız deyil … Məsumların (ə) dostlari deyil … Sadəcə diqqətli olaq . Bir də bu əqidədə sabit olmaq lazımdır ki, Məsumlardan(ə) başqasını ağa və rəhbər seçməyək,onları əmr sahibləri saymayaq,onların bayrağı altında birləşməyək.Cünki qeyri məsum bəndə müsəlman ümmetinə rəhbər ola bilməz . Bu bizim şüarımız olmalıdır.Məsumların (ə) məqamına heç kimi şərik qoşmamalıyıq. Bəli, haqqı deyək , zülme qarşı çixaq, cəmiyyətimizin islahına çalışaq . Amma məsumların haram bildiyi yolla yox …. Zamanin sahibini gözləyək ! Biz Muhəmməd Peyğəmbərin (s) Bədr döyüşündə , İmam Əlinin (ə) Cəməl savaşında qaldırdığı və o gündən bu günə qədər heç vaxt açilmayan , yalnız İmam Mehdinin (əf) zuhur edən zaman qaldiracağı ,cənnət yarpaqlarından olan əsl İslam bayrağı altında birləşməyi özümüzə məqsəd seçməliyik . O , bayrağın ətrafında birləşərək zülmün kökünü kəsmək ümidiylə yaşamalıyıq . Allah bunu bizə nəsib etsin ,inşəallah. Hər şey Allahın iradəsi və idarəsi altındadır. Allahın ədalətinə, mərhəmətinə iman gətidmişiksə , deməli yer üzünün xilaskarınin gəlib ədaləti bərpa edəcəyinə və insanlara firavan həyat bəxş edəcəyine inamımız azlmamalıdır… O mütləq gələcək !!!

Allah səbr edənləri sevir və hər şeyə qadirdir !!!!


Əfsər Hüseynli

Administratorla əlaqə

077 611-55-22

[email protected]