Əsas Səhifə / Müsahibə

“Mən də özüm haqqımda belə eşitmişəm…” – Şəbnəm Naibli

14-01-2015, 15:27




Bu dəfə ki, müsahibimiz aparıcı Şəbnəm Naiblidir.

- Şəbnəm xanım, 2014-cü il necə keçdi?

– 2014-cü il mənim ücün iş baxımından uğurlu il oldu. İlin sonunda “ən yaxşı şou aparıcısı” adına layiq görüldüm. Ümid edirəm ki, 2015-ci ildə uğurlarımın davamı olacaq.

- Şəxsi həyatınız, ailəniz haqqında nə deyə bilərsiniz?

– Anamla birgə yaşayıram, subayam.

-Hazırda həyatınızda sevdiyiniz kimsə yoxdur?

– Var, mən ailəmi, dostlarımı çox sevirəm… Amma düşündüyünüz baxımından həyatımda heç kim yoxdur.
- Bir münasibətdə əsasən nə vacibdir?

– Münasibətdə hisslərin qarşılıqlı olmağı şərtdir. Qarşılıqlı olmadısa o, münasibəti davam etdirə bilmərəm . Özümü hamıdan çox istəyirəm . Fərqi yoxdur sevgili ya dostluq, rəfiqəlik, əgər münasibətdə diqqətsizlik, soyuqluq görürəmsə, uzaqlaşıram. Xəyanət gördüyüm anda sevgim bitir. Daha ikinci bir şans ola bilməz. Sadiqliyi sözdə yox, hərəkətlərdə görməliyəm.

- Səmimi xanımsınız, amma sizi eqoist insan kimi təqdim edənlər də çoxdur…

– Mən də özüm haqqımda belə eşitmişəm, amma ele deyil. Məni tanımayan insanlar hər zaman belə düşünüb amma məni tanıdıqdan sonra mənə daha çox hörmətlə yanaşıblar, daha çox istəyiblər. Səbirsizəm və tez əsəbləşirəm.

Əsəbləşəndə düşünmədən qarşımdakı insanın qəlbini qıra bilirəm. Düzünü deyim ki səmimi olmağa qorxuram cünki səmimiyyətim mənə çox vaxt ziyan gətirir. İnsanlara tez bağlanıram.

- Əsəbləşəndə ya da ürəyiniz dolanda nə edirsiz?

– Ağlayıram. Mən göz yaşımı göstərməyi sevmirəm. Heç vaxt insanlara zəifliyimi göstərmək istəməmişəm. Buna görə də çox vaxt tək qalmağa üstünlük verirəm.

Administratorla əlaqə

077 611-55-22

[email protected]