Əsas Səhifə / Mədəniyyət

Azərbaycanlı rejissor Peyğəmbər barədə çəkilən filmi sərt tənqid etdi

8-06-2017, 22:00
Xeberman.com-un verdiyi məlumata görə, rejissor eyni zamanda araşdırmaçı yazar Zaur Tahirsoy İranlı kinorejissor Məcid Məcidinin Peyğəmbər haqqında filminə münasibət bildirdi.

İranlı kinorejissor Məcid Məcidinin lentə aldığı “Muhəmməd Allahın elçisidir filmini izlədim. Film barədə gözləntilərim çox idi. Amma məyyus oldum. Bahalı texnikadan irəli gələrək görüntü yaxşıdır. Lakin filmin sujet xətti və gedişatı qənaətbəxş deyil. Sanki Peyğəmbər zamanında baş verən hadisələr lentə alınıb ,amma hadisələr arasında bağlılıq yoxdur. Filmin gedişatı insanı ekrana kilidləyəcək qüdrətinə malik deyil. Fikrimlə razılaşmayıb, və “yox bu filmdə böyük mesajlar var” deyənlər də ola bilər. Onlara cavabım; lentə alınan hər bir filmdə topluma faydalı mesajların olması aksiyomadır. Yox əgər desəniz ki, “ bu filmdəki mesajların özəlliyi islam dininin sülh və əmin din olmasındadır” o zaman; Mustafa Akkadın 1976 cı ildə, 10 milyon büdcə ilə lentə aldığı “The Message” (Çağırış) filmində də eyni mesajlar mövcuddur. Hətta filmin ekranlara çıxmasından sonrakı 2 il ərzində 21 min adam İslamı qəbul etdi. Ümumilikdə isə 18 milyon insanın islamı qəbul etməsinə vəsilə olduğu söylənilir. Anlayacağınız, İslam peyğəmbərinin həyatı haqqında film çəkilirsə orada “islam bütün səmavi dinləri qəbul edir” , “islam rəhmət və sülh dinidir” kimi mesajların olması zatən labüddür. Bu heç vaxt həmin filmin üstünlüyü kimi qələmə verilə bilməz. Bu film maraqlı sujet xətti və qan donduran gedişatıyla səçilməliydi. Əfsus ki, quru gurultudan başqa bir şey deyildi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]