Əsas Səhifə / Xəbərlər

İslamiadanın bağlanış mərasimi keçirilir – CANLI YAYIM

22-05-2017, 21:55

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi başlayıb.
Mərasimdə İslamiadada iştirak edən ölkələrin keçidi olacaq, bədii proqram nümayiş etdiriləcək.

Azərbaycan komandasının bayraqdarı cüdo üzrə Avropa və dünya çempionu Elxan Məmmədov olacaq.

Qeyd edək ki, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 54 ölkəni təmsil edən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparıb.

Azərbaycan milli komandası yarışları birinci yerdə başa vurub - 75 qızıl, 50 gümüş, 37 bürünc medal. 71 qızıla malik Türkiyə ikinci, 39 qızıl medal qazanmış İran isə üçüncü yeri tutub. // Oxu.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]