Əsas Səhifə / Xəbərlər

Xoşqədəmin verilişində ikinci "Pərvanə olayı" — VİDEO

18-05-2017, 22:10
Xoşqədəmin verilişində ikinci "Pərvanə olayı" —  VİDEO
"Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan "Bizə danış" verilişində daha bir şok hadisənin üstü açılıb.

"Ölkə.Az"ın məlumatına görə, gecəyarı verilişin qaynar xəttinə edilən zəngdən sonra hadisə yerinə gedən jurnalist dəhşətli mənzərənin şahidi olub. Məlum olub ki, Sevil adlı qadını xalası bir neçə ildir bağlı qapılar arxasında saxlayır:

"Məni evdə yaşamağa qoymurlar. Deyirlər, səni dəlixanaya aparacağam. Xalam mənim təqaüdümü də alır. Təqaüdümü versələr, özümü dolandıraram. Səhər 12-1 arası yanıma gəlir. Qışın soyuğunda, yayın istisində bu şüşəsiz yerdə qalıram".

Qeyd edək ki, Sevil adlı qadın artıq dövlət müəssisəninə yerləşdirilib.

Xatırladaq ki, X.Hidayətqızı bir neçə ay öncə daha bir oxşar faktın üstünü açmışdı. Pərvanə adlı qız valideynləri tərəfindən səkkiz il idi ki, tövlədə saxlanılırdı.


Administratorla əlaqə

077 611-55-22

[email protected]