Əsas Səhifə / İdman

Bu ailə İslam Oyunlarından 900 min manat qazandı

17-05-2017, 02:05
Azərbaycan yığmasının atıcısı Ruslan Lunyov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 4-cü qızıl medalını qazanıb.

Apasport.az saytının məlumatına görə, snayperimiz 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda hamıdan dəqiq olub.

Lunyov bu gün keçirilən yarışda 240.7 xal toplayıb.

Təmsilçimiz türkiyəli Yusuf Dikecini cəmi 1 xal qabaqlayıb. 3-cü yeri pakistanlı Muhammad Şehzad Axtar tutub – 218.6 xal.

Digər snayperlərimiz Rəsul Məmmədov və Tahir Əhmədzadə isə təsnifat mərhələsini keçə bilməyiblər.

Qeyd edək ki, Ruslan bunadək 25 metrdən tapança ilə mərkəzə atəş açma, eyni məsafədən sürətli atəş açma və standart tapança ilə atəş açmaqda qızıl medal əldə etmişdi.

Onu da bildirək ki, Ruslanın məşqçisi onun valideynləridir. Yarışda hər qızıl medala görə idmançıya 150 min, məşqçisinə isə 75 min manat verildiyindən, bu ailənin qazancı 900 min manata çatıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]