Əsas Səhifə / Texnologiya

ƏHALİYƏ ŞAD XƏBƏR: BU GÜNDƏN PULSUZ OLACAQ

11-05-2017, 23:41
ƏHALİYƏ ŞAD XƏBƏR: BU GÜNDƏN PULSUZ OLACAQMayın 10-dan Dənizkənarı Milli Park ərazisinin "Ağ şəhər" zonasını, "Sahil bağı"nı və Heydər Əliyev Mərkəzinin parkını ziyarət edənlər pulsuz "Wi-Fi" xidmətindən yararlana bilərlər.

Xeberman.com məlumat verir ki, bunu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Nuranə Əliyeva jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (Baktelekom) IV İslam Həmrəyliyi Oyunları zamanı paytaxt ərazisinə turist axınını və əhalinin şəbəkədən aktiv istifadəsini nəzərə alaraq "İctimai İnternet" şəbəkəsinin əhatə dairəsini bir qədər də genişləndirib.

Qeyd edilib ki, "Baktelekom" "Baku loves you" brendi ilə təqdim olunan layihə çərçivəsində mütəmadi olaraq yeniləmə və təkmilləşdirmə işləri aparır. Yaxın zamanlarda istifadəçi üçün yeni, daha rahat qeydiyyat sisteminin tətbiqi nəzərdə tutulur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]