Əsas Səhifə / Gündəm

Rəşad Məmmədov “içəri”dən hansı məmurlara xəbər göndərdi?

2-01-2016, 20:00
Rəşad Məmmədov “içəri”dən hansı məmurlara xəbər göndərdi?

"Bu "köhnə dostlar”ın arasında Kərəm Həsənov, Etibar Pirverdiyev, Hacıbala Abutalıbov və deputat Ağalar Vəliyevin də adları çəkilir”

Ötən ilin ortalarında həbs olunmuş, hələ də təcridxanada saxlanılan sabiq Dövlət Bayrağı Meydanının rəisi"Azimport”şirkətinin sahibi Rəşad Məmmədovun özü ilə bərabər başqa məmurları da "aparacağı” ortaya çıxıb. Bundan əvvəl Qafqaznews.az saytında Rəşad Məmmədov və onun” iş ortaqları” barəsində bir neçə yazı dərc olunmuşdu. Rəşad Məmmədovun anasının erməni olması və 1997-ci ildə fərariliyə görə həbs olunması barədə məlumatların hətta prezidentdən belə gizlədilməsi onun ancaq şəxsi təşəbbbüsü ilə baş tuta bilməzdi. Görünür ki, ona bu istiqamətdə dəstək verən,onu irəli çəkən şəxslər olub.

Xatırlatmaq yerinə düşər ki, bundan əvvəl saytımızda gedən yazılarda "Azimport” şirkətinin həm Bakı ŞİH, həm də "Azərenerji” ilə bir sıra layihələrdə əməkdaşlıq etməsi, bir sıra tenderlərdə "qalib” və icraçı olması qeyd olunurdu. Bundan başqa, R.Məmmədov şəxsi biznesini "dövlət sifarişli layihələr” maskası altında uğurla inkişaf etdirə bilmiş, nəticədə yüzlərlə Bakı sakinini dövlətdən narazı salmışdı. Bunda isə Rəşad Məmmədov yenə də tək olmayıb və müəyyən şəxslər onun bu özbaşınalığını himayə ediblər. Hazırda "Azimport”un işçiləri aylardır maaşsız qalıblar və onların əmək haqları ödənilmir. Əgər yüzlərlə işçinin məvacibinin ödənilməsi üçün məsuliyyət daşıyan şəxs Rəşad Məmmədov deyilsə, o zaman həmin şəxs "zəhmət çəkib”, əsl zəhmətkeşlərin maaşlarını ödəməlidir. Rəşad Məmmədovla bağlı redaksiyamıza yeni daxil olan məlumatda deyilir ki, R.Məmmədov "içəri”dən bir neçə yüksək vəzifəli məmura xəbər göndərib, həmin məmurların ona və Avropada yaşayan ailəsinə dəstək olmayacağı halda, "danışmaq”la təhdid edib. R.Məmmədov onsuz da ailəsi ilə külli miqdarda vəsaiti ölkədən çıxara bilib.

Lakin onun ölkədən çıxardığı ancaq pul deyil, həm də mühüm sənədlər, dosyelər olub. MənbəninQafqaznews.az-a verdiyi  məlumatda qeyd edilir ki, həmin dosyelərdə irili-xırdalı bir sıra məmurların çirkin əməlləri ilə bağlı faktlar da yer alır. Mənbə Rəşad Məmmədovun "yüngül” cəza ilə bir müddət həbsdə qalmağa, ya da şərti həbs cəzası ilə azadlığa çıxmağa çalışdığını deyir. Bunun üçün isə o, bəzi "köhnə dost”larından kömək istəyib. Bu "köhnə dostlar”ın arasında Kərəm Həsənovun, Etibar Pirverdiyevin, Hacıbala Abutalıbovun və deputat Ağalar Vəliyevin də adları çəkilir. Rəşad Məmmədovun "Azimport” vasitəsilə Kərəm Həsənova bağlı "Azinko”, eləcə də Etibar Pirvediyevə bağlı "Azenco” şirkətləri ilə biznes maxinasiyaları həyata keçirib.

Bundan başqa, Məmmədov-Martirosovun "Araq Tikinti” ASC-nin təsisçisi, deputat Ağalar Vəliyevlə də işbirliyində olduğu, indi isə onlardan kömək gözlədiyi deyilir. Hacıbala Abutallıbova gəlincə, R.Məmmədovun az qala Bakının yarısını "dövlət sifarişi” adı ilə sökən zaman, merlə razılıq içində olması istisna edilmir. Bundan əlavə, R.Məmmədovun merə onun "vəhabilərə himayəçilik” edən oğlu İsrafil Abutalıbovun ata xeyir-duası ilə gerçəkləşdirdiyi biznes maxinasiyalarını xatırladıb. Mənbə qeyd edir ki, R.Məmmədov əlində bu məmurlara qarşı ciddi faktların olduğunu, əgər ona dəstək olmazlarsa, qısa bir zaman ərzində mətbuata sızdıracağını bildirib. Həmin şəxslərin isə sabiq "bayraqdar”a nə cavab verdiyi və hansı tədbirlər görəcəyi hələ məlum deyil, amma şübhəsiz ki, onlar üçün bu xəbərdarlıq bayram günlərində qanqaraçılığa səbəb olub. Mövzunu diqqətdə saxlayacağıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]