Əsas Səhifə / Texnologiya

Azərbaycanda internetin sürəti niyə zəifləyib? - AÇIQLAMA

8-04-2017, 12:42


Son günlər ölkə üzrə internetin sürətində zəifləmə hiss olunur. İnsanlar ödənilən məbləğin qarşılığında verilən internetin çox zəif olduğunu deyirlər.

Məsələylə bağlı Metbuat.az-a münasibət bildirən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, ölkə üzrə həm mobil internet, həm də provayderlərlə bağlı problem var:

“Azərbaycanda internetin keyfiyyət və qiyməti ilə bağlı problemlər var. Qonşu ölkələrdə qiymətə görə alınan sürət ilə Azərbaycanda məbləğə uyğun alınan sürət arasında çox böyük fərq var. Belə ki, qonşu ölkələrdə 20 manata böyük sürətlər (20 – 30 MEGABİT) əldə etmək mümkündür. Lakin Azərbaycanda bu imkanlar məhduddur. Xüsusən də, DSL texnologiya üzrə biraz bahalıdır.

Keyfiyyət baxımdan Azərbaycanda problem ondan ibarətdir ki, vətəndaş provayderlə bağladığı müqavilədə nəzərdə tutulan sürəti əldə edə bilmir. Ayda 10-20 manat ödəyib, 6 MEGABİT almaq əvəzinə 4-5 meqabit internet alırlar. Provayderlər vətəndaşları aldadırlar. Onlar müqavilədə nəzərdə tutulan sürəti müştərilərə vermirlər. Bunu məqsədyönlü şəkildə edilirlər. Bunun qarşısının alınması ilə bağlı müvafiq dövlət qurumları çalışmalı, monitorinq aparılmalıdır. Hazırda istehlakçıların məsələ ilə bağlı hüquqlarının qorunması istiqamətində atılan addımları yetərli hesab etmək olmaz”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]