Əsas Səhifə / Yaşam

DƏRMAN MAFİYASININ QARŞISI NİYƏ ALINMIR?

1-01-2016, 16:43
DƏRMAN MAFİYASININ QARŞISI NİYƏ ALINMIR?Şirəliyev bu maxinasiyanın içində yer alırmı?

Uzun illərdən sonra hökumət özündə güc tapıb yarımçıq islahat həyata keçirmək istəyirdi. Söhbət dərman preparatlarının qiymətinin aşağı salınmasından gedir. Əvvəlcə qərar verildi ki, 250 adda dərman preparatının qiyməti aşağı salınacaq. Hətta qiyməti aşağı salınacaq dərmanların siyahısı da ictimailəşdirildi.
Camaat sevindi ki, heç olmasa dərman preparatlarını 10 qat baha almaqdan xilas olacaqlar. Həm də ölkə başçısı müşavirədə bu məsləni xüsusilə gündəmə gətirdi və konkret tapşırıqlar verdi. Amma bu dəfə də xalqın sevinci çox çəkmədi və dərmanlar əvvəlki qiymətdən də baha satılmağa başladı. Yəni prezidenrtin dərmanlarla bağlı tapşırığı da yumurtanın gününə düşdü. Onu da qeyd edək ki, bu ölkəyə idxal olunmuş 246 milyon manatlıq dərmanın yarısını Səhiyyə Nazirliyi alıb. Deməli, ölkəyə gətirilmiş dərmanların yarısı əhaliyə pulsuz verilməlidir. Amma dərmanların pulla verilməsi, satışa çıxarılması azmış kimi, devalvasiyadan sonra qiymətlər də qalxdı.
Məsələ belədir ki, bütün apteklərdə dərmanların rəsmi qiyməti əvvəlki kimi saxlanılıb. Yəni dərman qutularının üstündə aşağı qiymətlər yazılıb, amma alıcıya 50 faiz baha qiymətə satılır. Çünki, dərman firmaları apteklərə indiki qiymətlərlə mal satır. Deməli, görüntü xatirinə ucuzlaşdırılan dərmanlar, real satışda bahalanır.
Təbii ki, baş verənlər ən yuxarı səviyyədə nəzarətdədir və məqsəd pul yığmaqdır. Bir tərəfdən qiymət artıranlar hədələnir, o biri tərəfdən qiymətlər artırılır.
Əvvəla, dəfələrlə yazmışıq ki, bu kimi müdaxilələrlə büdcəni doldurmaq olmaz. Böhrandan çıxmaq üçün korrupsiya ləğv olunmalı, qeyri-rəsmi dövriyyə büdcəyə yönəldilməlidir. Dövlət xəstəxanalarındakı əməliyyatlardan, analizlərdən, müxtəlif müayinə aparatlarından yığılan pullar büdcəyə yönəldilsə, xeyli problemi həll etmək olar. Çünki, bütün bu prosedurlar rəsmi şəkildə pulsuzdur, amma reaalıqda istənilən xəstəxanada UZI-dən tumuş, qan analizinə qədər bütün fəaliyyətlər pul qarşılığında həyata keçirilir.
Samir

Administratorla əlaqə

077 611-55-22

[email protected]