Əsas Səhifə / Yazarlar

İSLAMDA DÖVLƏT RƏHBƏRİNƏ

28-12-2014, 18:04

ƏSSƏLƏMU ALEKUM VƏ RƏHMƏTULLAHİ VƏ BƏRƏKƏTUH BU GÜNKİ MÖVZUM RƏHBƏRƏ HÖRMƏT MÖVZUSUDUR. HöRMƏTLİ MÜSƏLMAN BACILAR QARDAŞLAR HƏYAT DAİM MÜBARİZƏ MEYDANIDIR HƏYATI SEVMƏK GÖZƏL YAŞAMAQ ÇƏTİN SONU FƏXİRDİR. BU GÜN DÜNYA ÇOX ACINACAQLI BİR HALDADIR İNSANLAR ZƏLALƏT İÇİNDƏDİR. ƏN ÇOX TUŞ GƏLƏN MÜSƏLMAN ÖLKƏLƏRİDİR. TERROR QURBANLARI ÇAXNAŞMALAR EY NƏLƏR NƏLƏR. Bizim respulikadada muxtəlif dindarlarımız var. Vallahi mən bir islam şünas kimi deyirəm o dindarlarakı gəlin rəhbərə dua edək ki, bizim bu gün sağlam şəkildə ibadət etməyimizə şərait yaradan onlardır. Tutaqki sən ruzini az qazandın . Bu sənə Allah tərəfindən ana bətnində verilən 3 şeydən biridir. İnanin ki, bu gün quruplara qoşulanın çoxu bundan qoşulur . danışandada bəd niyyətlə bəd duayla danışırlar. İslam bu haqda nə deyir . İmam Həsən bin Əli əl-Barbahari (Allah ona rəhmət etsin) deyir: “Əgər bir insanın rəhbərin əleyhinə dua (qarğış) etdiyini görsən, bil ki, bu nəfsinə uyan birisidir ! Əgər birinin rəhbər üçün dua etdiyini görsən bil ki, bu Allahın Elçisinin (Allahın ona salavat və salamı olsun) yolu ilə gedəndir.”

Fudayl bin İyaz (Allah ona rəhmət etsin) deyir: “Əgər mənim bir qəbul olunacaq duam varsa, o duanı dövlət başçısı üçün edərdim”

Əbu Osman Subuni (Allah ona rəhmət etsin) sələfin əqidəsini şərh edərkən deyir: “Hədis əhli, yalnız dövlət başçısı ilə birlikdə kafirə qarşı döyüşü cihad hesab edirlər. Əgər rəhbər zalım olsa belə, ona dua etməyi vacib hesab edirlər.”

İmam Əhməd bin Hənbəl (Allah ona rəhmət etsin) deyir: “Mən gecə-gündüz rəhbərə müvəffəqiyyət, dəstək, qüvvət üçün dua edirəm. Bu əməli vacib olduğunu etiqad edirəm!”

Müasir elm adamlarından, şeyx bin Bazdan (Allah ona rəhmət etsin) soruşdular: Elə adam var ki, rəhbər üçün dua etməkdən imtina edir. Bunun hökmü nədir? Şeyx: “Bu onun cahilliyindən və bəsirətinin olmamağından irəli gəlir. Rəhbər üçün dua ən böyük ibadətlərdən, ən yaxşı əməllərdən hesab olunur.”

Bu qəbildən olan çoxlu kəlamları misal gətirmək olar. Halbuki, bunları sadalamağa əslində ehtiyac belə yoxdur. Çünki dövlət başçısına itaət, ona tabe olmaq islamın inkar olunmaz əsaslarından biri, əlifbasından hesab olunur.

İlahiyyatçı Əkrəm Həsənov deyir ki, bəzi radikal dindarlar yalnız özlərini əsl müsəlman sayır, fərqli siyasi fikirdə olanları kafir hesab edir. Bu isə bəzən cahillikdən irəli gəlir.

“Hər bir müsəlman Allaha ibadətlə yanaşı, digər insanların da fikirlərinə hörmətlə yanaşmalıdır. Demokratiya – insanların hakimiyyəti deməkdir. Müsəlman isə Allaha təslim olub. Hər bir insan Allaha qul olandan sonra demokrat olur. Yoxsa, ya özünün, ya da başqasının dediyi ilə oturub-durursan. İslam demokratiyanı belə qəbul edir - Allah rəsuluna itaət etməlisən, digərlərini də bu yola dəvət etməlisən”.

Niyazi Mehdi insanların bir-birinə hörmətlə yanaşmasının vacibliyini bölüşür. Amma deyir ki, bunun əsasında doqmatizm yox, plüralizm olmalıdır:

“Mənim dindarlığım əsasında məcburiyyət dayanmamalıdır. Mən ona görə müsəlman deyiləm ki, İslamı ən yuxarı din sayıram. Sadəcə öz şüurumda olan mədəniyyətlə Allaha yaxnlaşmaq istirəm. Bu ibadətin əsasında isə İslam durur. Amma o biri dini cərəyanları da yalan saymıram. İslamı sevməyim üçün bu lazım deyil. Məgər mənim öz valideynlərimi sevməyim üçün digər valideynlərin pis olduğunu deməliyəm?”
Allah bizlərə böyük neymət bəxş edib qədrini bilin onu sevin qoruyun. Hər birimiz Allaha duayla özümüzü qorumalıyəq. Hər duamızda özümüz üçün dua edirik. İnşəllah gələn dualarımıdan bütün xalqımız üçündə edək.


Anar Kərimov
İslamşünas

Administratorla əlaqə

077 611-55-22

[email protected]