Əsas Səhifə / Elm

Qazax Dövlət Sosial-İqtisadi Kollecindən etiraz

31-12-2015, 21:41
Qazax Dövlət Sosial-İqtisadi Kollecindən etirazQazax Dövlət Sosial-İqtisadi Kollecinin bir qrup müəllimləri Azərbaycan Respublikası Mətbuat Şurasının sədri, Millət Vəkili Əflatun Amaşova müraciət edib. Surəti "Təzadlar"a göndərilən məktub-müraciətdə deyilir:
Çox hörmətli Əflatun Amaşov!
Hörmətli redaksiya!
Əsla, yazdıqlarımızın ön cümlələrini Sizi nəyinsə xətrinə tərif məqsədi ilə deyil, həqiqət naminə söyləmək istərdik. Əvvəla, hələ Siz mətbuat şurasına sədr seçilməzdən də əvvəl Azərbaycan mətbuatında özünüzə məxsus dəst-xəttiniz olub. Həmişə peşəkarlığınızla, ağı qaradan seçməyinizlə, qərəzçilikdən uzaq olmağınızla və doğurdan da, bu vətənə xidmət etməyinizlə əlində qələm olanların 90 faizindən yuxarıda durmusunuz. Elə bu gün də birmənalı şəkildə tutduğunuz yolla addımlayır, millətimizin sözdeyənlərinə doğru yol göstərirsiniz. Bu yolda bir daha Sizə uğurlar arzulayır, 2016-cı ildə işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq!
Hörmətli Amaşov!
Təəssüflər olsun ki, Siz Azərbaycan mətbuatının inkişafında nə qədər uğurla mübarizə aparsanız da, yenə bu cızmaqaraçıların əlindən millət təngə gəlib. Hər yerdən qalxan, elektrik, traktorist, adicə orta məktəbi "kafi” qiymətlərlə başa vuranlar dönüb olub "jurnalist”. Indi də hərənin əlinə bir sayt keçib, açığı, adamın əsəbləri ilə oynayırlar. Yazdıqlarının düz olmadığını başa sala bilmirsən. Deyəndə də, necə ağızına gələni, gözünə görünəni yazırlarsa, eləcə də özləri qanırlar. Yəni bunların bir yeri-yiyəsi yoxdurmu? 
"Dostlarımız” hərəyə bir "çırtma” atmışdı, qalmışdı indi də Qazax Dövlət Sosial-İqtisadi Kolleci. Bu günlərdə onaların hardansa boş və mənasız eşitdiklərini əyri taxtaya düzdükləri "Eldar Mahmudov təhsil sisteminə necə sirayət edib? Qazaxda belə onun adamları at oynadır” başlıqlı cızmaqaraları onlara qarşı bir nifrət oyadır. Adam nə qədər etikasız, nə qədər böhtançı və nə qədər nə bilim nə olar ki, belə cəfəngiyat yazar. Vallh, ayıbdır. Kimdir, tələbədən pul yığan, kimdir laborantı pulla işə götürən, kimdir kiminsə qohumu və sair. Onlar niyə özlərindən yazmırlar ki, axşamacan idarə, müəssisə və təşkilat rəhbərlərini bezdiriblər. Hansı kollecdəsə bir oyun gedir, onun bizim kollecə nə dəxli var? 100-ə yaxın pedaqoji kollektivi olan bir ziyalı qrupuna şər-böhtan atmaq həqiqətdən uzaqdır. Məsələ burasıdır ki, guya kollecin direktoru Elşad Quliyev sabiq nazir Eldar Mahmudovun yaxın qohumudur. Demək kim yaxşı işləyirsə, cızmaqaraçılara 1 stəkan çay almırsa, onu kimləsə bağlayıb ləkələmək lazımdır. Belə ağ yalanlar danışanlara nə ad vermək olar? Onlar belə mərd, cəsarətli idilərsə niyə Eldar Mahmudov vəzifədə olanda yazmırdılar? İndi də Dövlət rəhbərləri bilər, Eldar Mahmudov bilər. Sayt redaktorları kimdir? Yıxılana balta vurmaq hansı adamın işi ola bilər? 
Qaldı ki, ölkəmizdə elə bir orta məktəb, kollec və ali məktəb yoxdur ki, böhtançılar onlardan yazmamış olsunlar. Bunlara görə hamısı pisdir. Demək, onlar qəlbən xain insanlardır. Yaxşı işə də pis deməyi, təmanna ummağı özlərinə peşə seçiblər. YAZILASI OLSA, ÖZLƏRİ ÖLKƏ ÜZƏRİNƏ QOYULASI DEYİLLƏR. 
Bu müxbir deyilən bəziləri nə dost başa düşür, nə kəsdiyi çörəyin-duzun qədrini bilməyirlər. Tanınmış hörmətli jurnalistlərimizin də adına ləkə gətirirlər. 
Hörmətli Amaşov!
Bildiririk ki, çalışdığımız Qazax Dövlət Sosial-İqtisadi Kollecinin 50 ildən çox tarixi var. Kollecimiz vaxtı ilə Qazaxda fəaliyyət göstərən Qazax Kənd Təsərrüfatı Texnikumunun bazası üzərində yaradılıb. Texnikum Azərbaycana saysız mütəxəssislər verib, işini gözəl bilən kadrlar yetişdirib. Bu gün kollecə rəhbərlik edən Elşad Quliyevdən bir müəllim, bir şagird narazılıq etmir. Çünki o, həqiqətən işini bilən, təşkilatçı, nizam-intizamlı, tamahsız və olduqca vicdanlı adamdır. Belə bir insana günah yapanların hansı materialdan biçildiyini dərk edə bilmirsən. Biri səhv edərək, ağlına gələni yazıbsa, özünü müxbir hesab edən və ona istinad edənlər niyə onun səviyyəsinə düşür? Bu məsələ bizim şərəf və ləyaqətimizə toxunur, işguzar nüfuzumuzun aşağılanmasına xidmət edir. 
Nə ola həmin cəfəngiyat yazanlar yanvarda başlayacaq qış imtahan sessiyasında iştirak edələr. Görsünlər hansı tələbə 1 manat bir müəllimə verib. Ancaq onların kimlərdən pul aldıqlarını biz özləırindən də yaxşı bilirik. Görsünlər korrupsionerlər onlardır, yoxsa biz? Eldar Mahmudova onlarmı xidmət ediblər, yoxsa Qazax Dövlət Sosial-İqtisadi Kollecimi?
Onu da bildiririk ki, cızmaqaraçılar hər yazının axırında yazırlar ki, "Qarşı tərəfin də fikrini dərc etməyə hazırıq”. Elə isə biz də qarşı tərəf kimi fikrimizi bildiririk. Olduğu kimi dərc etməyənlərə, söz verib əməl etməyənlərə, sözünə naxələf çıxanlra bu bayram axşamı Allah qənim olsun! 
Onların ən çox işlətdiyi ifadələrdən biri də belədir: "Deyilənə görə, söylənilənlərə görə, adının çəkilməsini istəmədiyimiz mənbəyə görə...” Maraqlıdır, müxbir omasaq da biz yazsaq ki, həmin bizə cızmaqara yzanlar deyilənə görə yaxşı adamlar deyillər, qaragüruhçudurlar, mövqeləri bilinmir, nala-mıxa vurandırlar”. Bəs onda bu ifadələr onlara necə təsir bağışlayar? 
Cənab Amaşov!
Odur ki, mətbut şurasının sədri kimi yazdıqlarımızı götür-qoy edib bizim iş fəaliyyətimizə maneçilik törədən üzdəniraq qələm əhlilərinə qarşı tədbir görməyinizi xahiş edirik.
Diqqətinizə görə sağ olun. 
Hörmətlə: 
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin bir qrup müəllimləri
1. Mustafayev Arif
2. Əliyev İlkin
3. Süleymanov İlham
4. Bədəlova Tərlan
5. Məmmədova Rahilə
6. Adıgözəlov Vüsal
7. Batıyeva Nədafə
8. Səmədova Sevil
9. Yaqubov Tahir və başqaları.

Administratorla əlaqə

077 611-55-22

[email protected]