Əsas Səhifə / Media

Daha bir jurnalistin həbs olunmaq təhlükəsi var

17-03-2017, 21:28
Daha bir jurnalistin həbs olunmaq təhlükəsi varKorrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Anaxəbər.az saytına qarşı cinayət işi açıb. İddiada göstərilir ki, sayt Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı kommersiya sirrini yayıb.
Saytın baş redaktoru Azər Talıbov isә bildirib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı dövlət qurumudur və yayılan məlumat kommersiya sirri yox, məhz korrupsiya faktıdır.
“Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin vəzifəsi bu korrupsiya faktını araşdırmaqdan ibarət olmalıdır. Lakin biz hazırda bunu əksini müşahidə edirik.” – deyә baş redaktor qeyd edib.
A.Talıbovun fikrincә, bu, açıq şəkildə korrupsiya faktlarını gizlətmək məqsədi ilə mətbuata qarşı hücuma keçməkdir. “Mən bir neçə dəfə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağrılmışam və ifadə vermişəm. Məlumatlar da, onların əldə olunması da, və bu məlumatların həqiqəti əks etdirməsi də açıqdır, istintaqa şikayətçi tərəf də bəllidir”, – deyә baş redaktor bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]