Əsas Səhifə / İdman

"Barselona"dan fantastik qələbə!

9-03-2017, 12:37
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Press-az.com xəbər verir ki, Futbol azarkeşlərinin diqqəti Barselona və Pari Sen-Jermen komandaları arasında keçirilən oyuna yönəlib. Parisdə gözlənilmədən Fransa klubuna 0:4 hesabı ilə məğlub olan "Barselona" bu dəfə rəqibi üzərində sonuncu dəqiqədə vurduğu qolla əzmkar qələbə qazanıb-6:1 !

Qolları Luis Suarez, Neymar (3), Linel Messi və Serci Roberto (sonuncu qolun müəllifi) vurublar. Bundan başqa fransız klubu bir topu da öz qapısından keçirib. (Layvin Kurzava)

Günün digər qarşılaşmasında isə "Benfika" Dortmund "Borussiya"sının qonağı olub. Portuqaliyada keçirilən ilk görüşdə "Benfika" 1:0 hesabı ilə qalib gəlsə də, almanlar öz meydanlarında Portuqaliya klubunun qapısından 4 cavabsız qol keçirərək növbəti mərhələyə adlayıblar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]