Əsas Səhifə / Ölkə

Sumqayıtda 978 manata sürücülük vəsiqəsi? (ŞİKAYƏT)

30-12-2015, 21:15
Vətəndaş iki dəfə verdiyi imtahandan keçə bilmədi, B kateqoriyalı sürücülük vəsiqəsinə görə, 978 manat pulunu aldılar Sumqayıt 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsində qalmaqal yaşanıb. Qalmaqala səbəb iki dəfə imtahan verərək, sürücülük hüququna sahib ola bilməyən vətəndaşdan 978 manatın alınması olub. Xeberle.com xalq.az-a istinadən xəbər verir ki, Sumqayıt MERO-da şöbənin rəisi Mirəli Şıxəliyevin "sürücülük vəsiqəsi biznesi"nə maklerlər nəzarət edirlər. Bizə məlumat verən şəxsin sözlərinə görə, əsas missiyanı Anar adlı makler həyata keçirir və o, sürücülük vəsiqəsi almaq istəyənlərə təkliflər gətirir. Məlumatda deyilir ki, əvvəllər B kateqoriyala sürücülük vəsiqəsinə sahib olmaq istəyən şəxsin bunun üçün 500-600 manat xərci çıxırdısa, hazırda həmin məbləğ 900-1000 manata qaldırılıb. «Anar adlı makler bizə bildirdi ki, MERO-nun rəis müavini İlkin sürücülük vəsiqəsi üçün 1000 manat istəyir. Uzun çək-çevirdən sonra isə qiyməti 978 manata endirdilər. Anar, həm də sürücülük məktəbinin nümayəndəsidir». Mənbə iki dəfə imtahan verdiyini, lakin pul vermədiyi üçün kəsildiyini vurğulayıb. O qeyd edib ki, 978 manat ödədikdən sonra sürücülük vəsiqəsi ala bilib. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.Xeberle.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]