Əsas Səhifə / İslam

TBİLISİ “CÜMƏ” MƏSCİDİNDƏ HƏR İKİ DÜNYA XANIMI HZ. FATİMEYİ ZƏHRANIN (S.Ə) ŞƏHADƏTİ MƏRASİMLƏ YAD EDİLDİ

1-03-2017, 23:40


Bu gün Tbilisi Cümə məscidində Hz. Peyğəmbərimizn (s) əziz qızı, Hz. İmam Əlinin həyat yoldaşı və imamlar anası Hz. Fatimeyi Zəharanın (s.ə) şəhadət axşamı münasibəti ilə “Quranla qəm gecəsi” adlı mərasim təşkil olundu. İnanclı müsəlmanların iştirakı ilə keçirilən mərasimdə öncə tanınmış Quran qiraətçisi Hacı İlkin Həsənzadənin tilavəti ilə Qurandan surələr oxundu. Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və Gürcüstandakı Əl-Mustafa Elm Mərkəzlərinin rəhbəri Hacı Davud Zare Hz. Fatimeyi Zəhranın (s.ə) məqam və fəzilətlərindən söhbət açaraq, məsum xanımın yaşayış tərzindən müsəlmanlara örnək olacaq cəhətlərə işarələr etdilər. Sonda isə hər zaman Azərbaycandan ölkəmizdəki dini mərasimlərə dəvət olunan Əhlibeyt məddahı Seyyid Rəhman öz həzin səsi ilə Hz. Fatimənin (s.ə) şəhadətindən bəhs edən rövzə və mərsiyələr oxuyaraq məclisi qəmləndirdi. Mərasim ehsan və dualarla sona çatdı.
Qeyd edək ki, 20 günlük Fatimiyyə (s.ə) günlərində Gürcüstanın bir çox şəhər, rayon və kəndlərində də belə mərasimlər təşkil olundu. Allah bu məclislərin təşkilində zəhməti keçən və ehsan süfrələrinin verilməsinə xeyirxahlıq göstərən hər kəsin dua və əməllərini qəbul edib, onlara əcr nəsib etsin. Amin!





Administratorla əlaqə

077 611-55-22

[email protected]