Əsas Səhifə / Media

Jurnalistlərin nəzərinə: Xüsusi xidmət orqanlarının hədəfində ola bilərsiniz...

26-02-2017, 00:54
Almaniyanın "Spiegel" qəzetinin yaydığı məlumata görə, alman xüsusi xidmət orqanların 1996-cı ildən etibarən "Reuters", "BBC" və "New York Times"da çalışan bəzi jurnalistlərin müntəzəm izlənməsin i həyata keçirib.

Maraqlıdır, Azərbaycan jurnalistləri də xarici xüsusi xidmət orqanlarının hədəfinə çevrilə, onlar tərəfindən izlənə bilərmi? Moderator.az-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev bunun tamamilə mümkün olduğunu vurğulayıb:

“Jurnalistlərimizin xarici xüsusi xidmət orqnaları tərəfindən izlənə bilməsi tamamilə mümkündür. Buna şübhəniz olmasın. Bu, dünyada geniş yayılmış praktikadır. Bəzi yazılarlarla bağlı səfirlik əməkdaşlarının redaksiyalara gəlməsi halları olub. Bir sıra hallarda biz hətta xarici xüsusi xidmət orqanlarının müraciəti əsasında jurnalistlərin cəzalandırılmasının da şahidi olmuşuq. Rauf Mirqədirov yaddan çıxdımı? Bundan öncə də bu cür hallar olub.

Fəal və xüsusilə də beynəlxalq mövzuda yazılar yazan jurnalistlər xarici xüsusi xidmət orqanlaırnın diqqəti altında olur. Bu jurnalistlər müxtəlif mümkün vasitələrlə izlənilir. Buna görə də jurnalistlər hətta heç bir təhlükə hiss etmədikləri halda belə öz informasiya mənbələrini, informasiya bazalarını qorumalıdırlar. Bunun üçün isə xüsusi tədris proqramları mövcuddur. Doğrudur, bu, Azərbaycanda yoxdur. Lakin bu yaxınlarda Bakıya gələn beynəlxalq təşkilatlardan biri jurnalistlər üçün bununla bağlı iş apardı”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]