Əsas Səhifə / Analitika

Zakir Fərəcovun yeznəsi MTN-də necə idarə rəisi oldu - Akif Çovdarovla Pərvin Əsədovun hansı əlaqələri olub

29-12-2015, 13:08
Zakir Fərəcovun yeznəsi MTN-də necə idarə rəisi oldu - Akif Çovdarovla Pərvin Əsədovun hansı əlaqələri olub
Sumqayıt şəhərinin icra başçısı olan Zakir Fərəcovun sabiq MTN şefi Eldar Mahmudovun bandası ilə sıx əlaqələrinin olması barədə məlumat vermişdik.

AzToday.az-a daxil olan məlumatlara görə,  Eldar Mahmudov Zakir Fərəcovun yeznəsini MTN-də işə götürərək ona yüksək vəzifə verib. Belə ki, Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyinin Qaradağ rayon İdarəsinin rəisi vəzifəsinə Zakir Fərəcovun yeznəsi Əsədov Pərvin Zakir oğlunu təyin edib. Təəssüf ki, Eldar Mahmudov vəzifəsindən çıxarılandan sonra Pərvin Əsədov xüsusi xidmət orqanında fəaliyyətini davam etdirib. 

MTN-lə bağlı mediayaya sızan şikayətlərdə Pərvin Əsədovun da adı qırmızı xəttlə keçir. Onun Akif Çovdarovla "işguzar" əlaqələrinin olması barədə AzToday.az-a şok məlumatlar daxil olub. Həmin məlumatlarda iddia olunur ki, sahibkarların şantaj edilərək onlardan pul alınmasında Akif Çovdarovla "əməkdaşlıq" edənlərdən biri də Pərvin Əsədov olub. 

Qeyd edək ki, Eldar Mahmudovun bandasınınMTN-də əsas adamı sayılan Akif Çovdarov artıq həbs olunub.

Hətta üzun müddət Abşeron rayonuna rəhbərlik etmiş Zakir Fərəcovun da adı bu prosesdə hallanır. 

Redaksiyamıza daxil olan məlumatları araşdırmaqda davam edirik.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]