Əsas Səhifə / Texnologiya

Texnologiya mallarının qiyməti 5-10 faiz ucuzlaşıb

19-02-2017, 14:51
Texnologiya mallarının qiyməti 5-10 faiz ucuzlaşıb Son günlər dolların manata nisbətdə ucuzlaşması fonunda texnologiya mağazalarında da bir çox malların qiyməti aşağı salınıb.

Musavat.com-un məlumatına görə, paytaxt ərazisində yerləşən brend texnologiya mağazaları malların qiymətində 5-10 faiz endirim edib. Endirim daha çox kompüter avadanlıqları, telefonlar də digər bu kimi elektron əşyalara addir.

Onu da qeyd edək ki, son zamanlar bu növ məhsulların qiymətində 25-30 faiz qiymət artımı baş vermişdi. Manatın birinci devalvasiyası ilə müqayisədə isə texnologiya mallarının qiymətində iki dəfə artımın olduğu söylənilirdi.

Iqtisadçı ekspertlər hesab edirlər ki, mart ayından etibarən manatın dollara nisbətdə məzənnəsi yenidən aşağı düşəcək və bu növ malların qiymətində təkrar artım olacaq.

Əli Rais,

Administratorla əlaqə

077 611-55-22

[email protected]