Əsas Səhifə / Dünya

"Putin beynəlxalq hüququ pozub" - Poroşenko

19-02-2017, 00:31
Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinin tanınmayan "Donetsk Xalq Respublikası” və "Luqansk Xalq Respublikası”nın pasportlarının tanınması barədə fərmanını beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

Modern.az saytı Ukrayna mediasına istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bu addımı ilə Kremlin Minsk prosesini pozduğunu və Rusiyanın bu prosesdən çıxdığını bəyanetdiyini bildirib.

Üçtərəfli təmas qrupunda Ukraynanın təmsilçisi olan İrina Geraşenkonun sözlərinə görə, bu həəəlik "respublikalar”ın tanınması olmasa da, Ukraynada vəziyyəti gərginləşdirmək və dondurulmuş münaqişə ocağının yaradılmasına cəhddir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]