Əsas Səhifə / İdman

Çempionlar Liqasında yeni rekord

16-02-2017, 20:47
“Bavariya” Çempionlar Liqasında yeni rekorda imza atıb.

Qol.az-ın xəbərinə görə, Münhen klubu ardıcıl 16-cı ev oyununda qalib gəlməklə ÇL tarixində ən uzun qələbə seriyasının müəllifi olub.

Karlo Ançelottinin komandasının bu rekordu 1/8 finalın “Arsenal”la ilk oyununda (5:1) qeydə alınıb.
Bundesliqa təmsilçisi sonuncu dəfə 2014-cü ilin aprelində öz meydanında “Real”a uduzub - 0:4.

Administratorla əlaqə

077 611-55-22

[email protected]