Əsas Səhifə / İslam

Xanım Fatimənin(s.ə) şəhadətinin ildönümü günüdür

11-02-2017, 19:22
Bu gün 1437-ci hicri qəməri ili, cəmadiül əvvəl ayının 13-ü, 11 fevral 2016-cı il, İslam Peyğəmbərinin(s.ə.s) əziz qızı Xanım Fatimə Zəhranın şəhadətinin ildönümü gününə təsadüf edir.

Əhl Beyt(ə) aşiqləri Xanım Fatimənin(s.ə) şəhadətinin ildönümü axşamında məscidlər, hüseyniyələr və dini məkanlara o cümlədən Məşhəd şəhərində İmam Rza(ə)-ın və Qum şəhərində həzrət Məsumənin(s.ə) məqbərələrinə müraciət edərək, əzadarlıq mərasimləri təşkil edib, Xanım Fatimənin(s.ə) qəmində göz yaşları axıdıblar.

Xanım Fatimə(s.ə) besətin 5-ci ilində Məkkə şəhərində dünyaya göz açmışdı.

O həzrət hələ uşaqlıq yaşlarından atası tərəfindən tərbiyə edilərək, ilahi maarif ilə yaxından tanış olmuşdur.

Həzrət Fatimə(s.ə) bütün ömrü boyunca daim səxavətli, fədakar, səbirli, qənaətcil, ibadətkar və möhtac insanlara yardım edən bir insan olub.

İmam Həsən(ə) və İmam Hüseyn(ə) kimi böyük və tarixi şəxsiyyətlər məhz Xanım Fatimə(s.ə) tərəfindən tərbiyə olunublar.

Xanım Fatimə(s.ə) hələ 18 yaşında ikən, zamanın hakimlərindən gördüyü ədalətsizliklərdən və atası Həzrət Məhəmməd Mustafanın(s.ə.s) vəfatından qaynaqlanan kədərdən əziyyət çəkirdi. Nəhayət, Xanım Fatimə(s.ə) hicrətin 11-ci ilində cəmadiül-əvvəl ayının 13-də şəhid olur.

Xeberman.com xəbər saytı Xanım Fatimənin(s.ə) şəhadət günlərinin gəlib çatması münasibəti ilə dünya müsəlmanlarına başsağlığı verir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]