Əsas Səhifə / Xəbərlər

Əfsanəvi qəhrəman Mübariz İbrahimov doğum günüdür

7-02-2017, 09:46
Əfsanəvi qəhrəman Mübariz İbrahimov doğum günüdür
Oxu.Az xəbər verir ki, 2005-ci ildə orada orta təhsilini başa vurub.

Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək erməni səngərinə hücum edib. Düşməni ağır itkilərə məruz qoyan Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

19 iyun 2010-cu il tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında şəhid olub. Düşmənlə aramsız danışıqlardan sonra onun meyitini geri almaq mümkün olub. Ölümündən sonra M.İbrahimova Milli Qəhrəman adı verilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]