Əsas Səhifə / İdman

Bakı daha bir Avropa çempionatına ev sahibliyi edəcək

4-02-2017, 18:04
2020-ci ildə Bakıda kişi idman gimnastikası üzrə Avropa çempionatı keçiriləcək. Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Yarışma Tokio-2020 Olimpiadasından öncə baş tutacaq və lisenziya xarakteri daşıyacaq.

Qeyd edək ki, hər il Bakıda Milli Gimnastika Arenasında Dünya Kubokunun mərhələləri keçirilir və bu mərhələlərdə də Olimpiya Oyunlarında iştirak üçün lisenziya xalları verilir.

2007, 2009 və 2014-cü illərdə Azərbaycan bədii gimnastika üzrə 3 Avropa çempionatına ev sahibliyi edib. Gələn il isə Bakıda batut gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]