Əsas Səhifə / Texnologiya

Facebook-a yeni xüsusiyyət gəlir

3-02-2017, 00:54
Facebook uzun müddətdir var olan bəzi xüsusiyyətlərini tək bir platforma altında toplayacaq olan Discover People yəni İnsanları Kəşfet xüsusiyyətini çox yaxında iOS və Android platformaları üçün yayımlamağa hazırlaşır.

Facebookun iOS və Android cihazlardalı mobil tətbiqinə əlavə ediləcək bu xüsusiyyət vasitəsilə artıq ətrafınızdakı insanların nələr etdiklərini, hansı tədbirlərə qoşulduqlarını rahatlıqla görə biləcək ya da sizinlə daha əvvəl eyni yerdə işləyən insanları qısa vaxtda görə biləcəksiniz.

Sizinlə eyni tədbirlərə qoşulan yeni insanları kəşf etməyinizə də şərait yaradacaq bu xüsusiyyət (Bu vəziyyət Azərbaycan üçün çox da keçərli deyil) vasitəsilə yeni dostluqların da qarşısı açılmış olur deyə bilərik.

Hətta artıq köhnə sevgilinizlə eyni tədbirdə qarşılaşmaq kimi bir vəziyyətin də qarşısını ala biləcəksiniz. Təbii ki bunu da bildirmək lazımdır ki, insanlar bu cür paylaşımların nə qədərinin sizlərə çata biləcəyini də özləri seçə biləcəklər. Yəni mobil cihazınızdan Discover People xüsusiyyətini istifadə etdiyinizdə nələri paylaşmaq istədiyinizi seçə biləcəksiniz.

Əslində, tədbirlərə kimlərin qoşulduqlarını onsuzda tədbirin səhifəsindən görə bilirdik. Əlavə olaraq yuxarıda saydığımız bəzi xüsusiyyətlər də onsuzda hal-hazırda Facebookun tərkibində mövcuddur. Lakin Facebook mühəndislərinin son istifadəçinin daha rahat çata bilməsi üçün hər şeyi tək bir bölmədə toplamağa qərar verdiyini deyə bilərik.

Son olaraq da Facebook-un bu yenilənməni siz bu xəbəri oxuyarkən paylaşmış olacağını da bildirək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]