Əsas Səhifə / Analitika

KXCP - AXC-nin Banisi M.Ə.Rəsulzadənin doğum günü münasibəti ilə tədbir keçirəcək.

30-01-2017, 23:44


Xeberman.com-un verdiy məlumata görə, 30 yanvar 2017-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.

Klassik Xalq Cəbhəsi Partiyası, mütəfiqləri ilə birlikdə, M.Ə.Rəsulzadənin doğum günü münasibəti ilə, 31 yanvar 2017-cı ildə, saat 15:00 - da Novxanı kəndində M.Ə.Rəsulzadənin abidəsi önündə tədbir keçirəcəkdir. Tədbirdən sonra, Türk Dövlətçilik tarixinin liderlərindən olan M.Ə.Rəsulzadənin doğmalarının məzarları ziyarət ediləcəkdir.

KXCP, Nardaran işi adı altında keçirilmiş kütləvi həbslər və ədalətsiz məhkəmə qərarına etiraz edir, əsassız həbs olunmuşların təcili azad olunmasını tələb edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]