Əsas Səhifə / Analitika

​SSSR-nin Azərbaycan və Türk dünyası üçün basdırdığı bombalar - "Qafqaz Kürdüstanı"

28-01-2017, 23:58
1990-cı ildə SSRİ Təhlükəsizlik Şurasının sədri Primakovla görüşdən sonra "YAKBUN" aktivistlərinin Kreml qarşısında çəkdirdikləri xatirə şəkli. Şəkildə soldan: M.Qasımov, Ş.Əşiviri, M.Babayev, M.Şafaq, T.Zurbayeva, A.Əliyev, K.Mirzoyev, Y.Nəbiyev.
1988-ci ildə yezidi kürdləri və müsəlman kürd icmaları Sumqayıt hadisələrinə görə "ermənilərə dəstək" kampaniyasına başlayaraq "Dağlıq Qarabağ ermənilərindir və Laçın, Cəbrayıl Qubadlı, Kəlbəcər, Zəngilan bizim ata yurduçuzdur!" adlı kampaniyaya başlamışlar. Hələ 1988-1991-ci illərdə hazırda işğal altında olan və əhalisinin yalnız 2 faizini Azərbaycan türkləri ilə birgə heç bir problem olmadan yaşayan, kürd millətinin nümayəndələrinin təşkil etdiyi Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan ərazilərində “Kürdüstan Muxtariyyəti” yaratmaq istəyən xain güclər olub. Moskva və İrəvan tərəfindən planlaşdırılan “Kürd Respublikası”nın yaradılması ideyası, 1920-ci illərdə bolşeviklər tərəfindən qondarılmış “Qırmızı Kürdüstan”ın mahiyyətcə davamıdır. Lakin həmin ideyanı həyata keçirmək üçün Kreml bu dəfə sırf terrorçu PKK-dan yox, ictimai-siyasi təşkilat qılafına bürünmüş separatçı təşkilatlardan yararlanmağa cəhd etmişdi. 1980-ci illərin sonundan SSRİ-ni çökürtmək məqsədi ilə etnik münaqişələri qızışdıran Qərb kəşfiyyatı və sovet “KQB”sinin ələ alınmış agenturasının dəstəyi ilə “Yakbun”(kürdcə “birlik”) Ümumittifaq Kürd Assosiasiyası yaradılır. 1991-ci ildə rəsmi qeydiyyatdan keçən qurumun başına əslən Ermənistanın Vedi rayonundan olan sovet kəşfiyyatçısı, uzun illər Azərbaycanda işləmiş Mamed Babayev qoyulur. Onun müavini isə Qırğızıstanda “KQB” əməkdaşı kimi yetişmiş, Naxçıvanda və Şirvanda (keçmiş Əli Bayramlı) daxili orqanlarda mühüm vəzifələrdə çalışmış Vəkil Mustafayev təyin olunur. Bu, həmin V.Mustafayevdir ki, 1992-ci ilin iyununda ermənilərin işğal etdiyi Laçın şəhərində İrəvandan gətirilmiş 30-40 nəfərin iştirakıyla qondarma "Qafqaz Kürdüstanı"nı elan edir və özü də "baş nazir" olur.
Laçının işğalından sonra V.Mustafayev öz ailəsi ilə birgə İrəvana, oradan da Laçına gəlir. Laçındakı vəziyyətlə tanış olduqdan sonra yenidən İrəvana qayıdır. “İrəvanda mən bütün regionlardakı kürdlərə zəng edərək, kürd ordusunun yaradılması və Kürdüstanın sərhədlərini qorumaq üçün gəncləri Laçına göndərməyi xahiş etdim. Bunu məndən Ermənistan rəhbərliyi də xahiş etmişdi. Nəticədə Laçına Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Gürcüstandan “Yakbun” nümayəndələri gəldi. Lakin onların arasında hərbi xidmət keçəcək gənclər yox idi...”. Buradan belə nəticəyə gəlmək olur ki, V.Mustafayev kimilərin separatçı siyasətini yalnız Rusiya, Ermənistan və ya Qərb kəşfiyyatı tərəfindən ələ alınmış bir qrup aldanmış şəxs dəstəkləyir. Bütövlükdə kürd xalqının belə tədbirlərdə heç bir rolu olmayıb. “İyunun 9-10-da Laçında təntənəli şəraitdə Qafqaz Kürdüstanının müstəqilliyinin bərpasını elan etdik və kürd bayrağı qaldırdıq. Eyni zamanda, kürdlərin Dağlıq Qarabağ müharibəsində neytral mövqedə olduqlarını bəyan etdik. Bu barədə bütün dünyaya xəbər verildi. Biz ümid edirdik ki, Kürdüstanı elan etdikdən sonra kürd gənclərinin buraya gəlişi tezləşəcək”.
Lakin özünün də etiraf etdiyi kimi, separatçının bu ümidi də gerçəkləşmir. Yazır ki, onu xain elan edənlərin ağzını yummaq üçün heç olmasa, Azərbaycan və digər regionlardan 200 müsəlman kürd lazım idi. Lakin Laçındakı 9 iyun tədbirinin videokadrlarından da göründüyü kimi orada, uzaqbaşı, 30-40 nəfər iştirak edib.
Sonradan özünü “Kürd Azadlıq Hərəkatı” və “Qafqaz Kürdüstanı”nın lideri elan edən V.Mustafayev separatçı fəaliyyətini bu gün də davam etdirir. O, 2014-cü ilin yayında Azərbaycanda yaşayan kürdlərə müraciət edərək, onları ermənilərin himayəsi altında “Kürdüstan” yaratmaq üçün Laçına getməyə çağırmışdı...

Administratorla əlaqə

077 611-55-22

[email protected]