Əsas Səhifə / Analitika

ELDAR MAHMUDOVUN KARYERASINDA TAHİR SALAHOVUN ROLU

26-12-2015, 14:15
Məlumdur ki, istənilən hakimiyyət üçün ən zəif və həssas məsələ kadr məsələsidir. Bu bütün ölkələrdə belədir.

Ölkənin birinci şəxsinin öz siyasi komandasını formalaşdırması çox mürəkkəb və çətin prosesdir. Aydındır ki, birinci şəxsin bütün komanda üzvlərini şəxsən tanıması və onlara yaxından bələd olması hətta fiziki cəhətdən mümkün deyil.

Ona görə də ölkə başçısı öz komandasını formalaşdırarkən inandığı şəxslərin məsləhətlərinə qulaq asmalı olur. Azərbaycan kimi gənc, dövlətçilik təcrübəsi az olan ölkələr tez-tez kadr problemi ilə üzləşir. Hətta kifayət qədər yüksək siyasi və idarəetmə təcrübəsi olan Heydər Əliyevin də bəzi komanda üzvlərinin yolu həbsxanadan keçdi.

Son illərdə neçə-neçə azərbaycanlı nazir, yüksəkçinli dövlət məmuru, generallar həbsxana həyatı yaşamalı oldu. Son vaxtlar "MTN işi” ilə bağlı cəmiyyətimiz şok yaşadı. Ölkənin təhlükəsizliyi etibar edilmiş nazir və onun müavini olan generallar vətəndaşlarla bandabaşçısı kimi davranırmış.
Bu bir dövlət üçün əsl rüsvayçılıqdır.

İstər-istəməz ortaya sual çıxır: ölkənin milli təhlükəsizliyi etibar edilmiş Eldar Mahmudov kimi təsadüfi bir adam çox mühim dövlət vəzifəsinə necə yüksəlib? Daxil olan məlumata görə, Eldar Mahmudovun siyasi karyerasında SSRİ Xalq Rəssamı Tahir Salahovun mühüm rolu olub. Azərbaycanın görkəmli rəssamı Tahir Salahovla sabiq MTN şefi ailəvi yaxın olublar. Əlbəttə bizim kimisə ittiham etmək fikrimiz yoxdur. Əsas ittiham obyekti etimadı doğrultmayan şəxsdir. (

Administratorla əlaqə

077 611-55-22

[email protected]