Əsas Səhifə / Analitika

Lotu Qulunun vəkili barədə tükürpədən faktlar

24-01-2017, 19:48
Lotu Qulunun vəkili barədə tükürpədən faktlarVəkil Təranə Əliyeva Lotu Qulunu necə zindanda saxlatdırır?

Lotu Qulunun vəkilinə Rövşən Lənkəranski sifarişi

Vəkil Təranə Əliyeva uzun illər ərzində təkcə öz müştərisi olan, kriminal aləmdə Qulu ləqəbli qanuni oğru kimi tanınan Səlifov Nadirə deyil, həm də qarşı tərəfə - "oğru dünyasında" Rövşən Lənkəranski kimi tanınan Rövşən Canıyevə də işləyib. Qaynarinfo.Az-a etibarlı mənbələrdən (kriminal aləmdəki mənbələrdən) əldə etdiyi məlumata görə, Təranə Əliyeva Nadir Səlifovun həbsxanadan çıxması ilə bağlı görülən bütün planlar haqqında məlumatı Rövşən Lənkəranskiyə ötürüb, bunun nəticəsində Nadir Səlifovun həbsdən çıxmasını yubadıb.

Bu yolla o, Nadir Səlifovu bütün vəkillərdən uzaqlaşdırıb ki, heç bir qanuni hüququ olmadan onun yeganə vəkili olsun. Nadir Səlifov (Qulu) barəsində onun heç bir əsası, heç bir cinayət işi, qohumları ilə onun həbsxanada ziyarət edilməsi haqqında heç bir razılığı yoxdur.

Belə bir sual doğurur: o, hansı vəsait hesabına bu qədər təmtəraqlı həyat tərzi sürür, "Range Rover Vogue" avtomobilini alır, mütəmadi olaraq xaricə istirahətə gedir. Öz havadarı Rövşən Lənkəranskinin sayəsində o bütün qanunları heçə sayaraq, maneəsiz Nadir Səlifovu həbsxanada ziyarət edib. Rövşən Lənkəranskinin sayəsində o, təmtaraqlı həyat tərzi sürüb. Mənbədən vurğulayırlar ki, bunların hamısı Nadir Səlifovun azadlığı bahasına başa gəlib.

Lakin Rövşən Lənkəranskinin ölümü ilə Təranə Əliyeva böyük oyunda lazımsız fiqura çevrilib. Bu yaxında məlum olan faktlara görə, ona birmənalı xəbərdarlıq edilib. Rövşən Lənkəranski ilə bağlı son hadisələrə baxmayaraq, ona yaxın insanlar hələ də kriminal aləmdə Qulu ləqəbli qanuni oğru kimi tanınan Səlifov Nadirin hərəkətləri haqqında məlumat, eləcə də onun azadlığa çıxmasına mane olmasını tələb edirlər. Təranə Əliyeva onun azadlığa çıxması ilə bağlı Gürcüstan və Azərbaycanda bütün sənədləşmə işləri ilə məşğul olan yeganə insan olub. Onun yeganə məqsədi - Nadir Səlifovun ömürlük həbsxanada qalması olub.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq

Administratorla əlaqə

077 611-55-22

[email protected]